Hamilə və ya uşaq əmizdirən qadınlar, özlərinə və körpələrinə hər hansı zərər gəlməsindən qorxduqları təqdirdə oruc tutmazlar. (Əbu Davud, Təharət, 104; Nəsai, Heyz, 17; Əhməd ibn Hənbəl, Müsnəd, VI, 32). Lakin sonradan tutmadıqları orucların sayı qədər qəza orucu tutmalıdırlar.
Əgər oruc tutduğu təqdirdə qadın özünə və ya körpəsinə hər hansı zərər olmayacaqsa, oruc tuta bilər.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.
rüqəyyə , 19/06/2015 tarixində, saat 07:06
mən oruc olaraq uşağı əmizdirə bilərəmi?
meneviyyat.az , 20/06/2015 tarixində, saat 07:06
Oruclu ikən uşağınızı əmizdirə bilərsiniz. Uşaq əmizdirdikdə oruc pozulmur. http://www.meneviyyat.az/hamile-qadinlar-ve-usaq-emizdirenler-oruc-tutmaqla-mukellefdirlermi/