3. 683 dəfə oxunub ,   0 şərh   Çap et

114 – ən-Nas
ən-Nas (İnsanlar) surəsi

(Məkkədə nazil olmuşdur, 6 ayədir)

1 (Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
2 İnsanların ixtiyar sahibinə;
3 İnsanların tanrısına;
4 Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
5 O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6 (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”



Açar sözləri

ən-Nas surəsi

Şərh yaz