2. 840 dəfə oxunub ,   0 şərh   Çap et

103 – əl-Əsr
əl-Əsr (Axşam çağı) surəsi

(Məkkədə nazil olmuşdur, 3 ayədir)

1
And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,
2
İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir.
3
Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)



Açar sözləri

əl-Əsr surəsi

Şərh yaz