Aylıq namaz vaxtları
991 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Mövsümü gəlmədən, tam yetişməmiş göy-göyərti və meyvələrin satılması caizdirmi?

Cavab: Hz. Peyğəmbər (s.ə.s.) xurmanın meyvəsi tam yetişənə qədər, torpaqdan çıxan məhsulun isə dənəsi ağarıb təbii fəlakətdən təhlükəsiz vəziyyətə gələnə qədər satışını qadağan etmişdir (bax. Müslim, Büyu, 13). Məhz bu hədisə istinadən İslam alimləri bildirmişlər ki, tam yetişməmiş, insan üçün yemək və ya heyvan üçün yem halına gəlməyən göy-göyərti və meyvələrin satışı caiz deyildir. Lakin mövsümündə insanlar üçün yemək və heyvanlar üçün yem halına gələn göy-göyərti və meyvələr tam yetişməsə belə satışı caizdir. Çünki bunlardan faydalanmaq mümkündür və qiymətli mal kimi qəbul edilir.




Şərh yaz

*