Aylıq namaz vaxtları
1. 123 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Yeni ailə həyatı qurmuşam. İlk günlərimiz çox şən idi. İndi isə bəzi problemlər yaşıyırıq.Həyat yoldaşımı da çox sevirəm. Nə etməliyəm?

Doğru qərar qəbul etdiyinizə inandığınız, necə deyərlər,ürəyinizin isindiyi bir insanla evləndiyinizi ümid edərək,evlilikdən sonra səadət sirləri mövzusuna keçək…

“Nikahda kəramət var”, – deyirlər. Doğrudan da, yeni evlənən gənclər bir-birlərini elə sevirlər ki, xətalarını görmürlər. Hər iki tərəf də qarşısındakının xətrinə dəyməmək, xoşbəxt etmək üçün sanki çırpınır. Elə isə, səadətinizin təməli olan bu xoşbəxt günləri bacardığınız qədər qorumağa çalışın. Yerli-yersiz göz yaşları, günlərlə davam edən küsülülüklər ilk vaxtlar həyat yoldaşınızın diqqətini cəlb etsə də, vaxt keçdikcə bütün bunlara alışacağı üçün silahınız əvvəlki kimi təsir göstərməyə bilər. Necə deyərlər: ”Artıq naz aşiq usandırar”. Evliliyinizin bu ilk və ən gözəl günlərində ”yersiz nazla aşiqinizi usandırmaq” əvəzinə gözəl keyfiyyətləriniz, ağıllı davranışlarınızla onun qəlbini fəth etməlisiniz.

Evləndikdən sonra xoşbəxt olmaq üçün nişanlılıq dövründə bir-birinizlə necə davrandığınızı unutmamalısınız. Çünki evli insanlar xoşbəxt ola bilmək üçün özlərinə kimisə örnək qəbul etməlidirlər. Bu örnək isə elə siz özünüzsünüz. Necə? Evlənməzdən əvvəl nişanlınız üçün nələr etdiyinizi xatırlamağa calışın. O, sizi, iş görərkən geydiyiniz hisli-paslı, yemək iyi verən  xalatda görmüşdümü? Saçınız-başınız daranmamış çıxmışdınızmı qarşısına? “Allah qorusun, məni elə görsəydi, yəqin ki, evlənməkdən imtina edərdi” deyirsiniz, deyilmi? Tam əksinə, onun gözünə gözəl görünmək üçün həmişə baxımlı, səliqəli olmağa çalışırdınız. Onu düşünməkdən yorulmadığınız, görər-görməz qəlbinizin çırpıntılarına mane ola bilmədiyiniz o gözəl günlərinizdə tez‑tez görüşmək üçün bir fürsət axtarırdınız. Ailəliklə sizə qonaq gələndə onları daha təmtəraqla qarşılamaq üçün əlinizdən gələni əsirgəmirdiniz. Qarşılıqlı hədiyyələşmələr, gözəl sözlər, aynaya hər baxanda onun gözunə necə göründüyünüzü düşünərək özünüzə səliqə-sahman vermək, sevincinizə sevinc qatırdı. Xatırladınız, deyilmi? Bəs indi? Həmişəkindən daha çox ehtiyacınız olduğu halda, bu gözəl davranışlarınıza niyə nöqtə qoydunuz? Yoxsa, tənbəllik edirsiniz? Yoxsa, xoşbəxtlikdən, səadətdən, sevincdən imtina edirsiniz? Bəlkə, nəyisə gözləyirsiniz? Bəlkə “məni beləcə, olduğum kimi qəbul etsin”, ‒ deyərək işin asanına qaçırsınız? Ancaq düşünün ki, o, sizi olduğunuz kimi deyil, göründüyünüz kimi sevmişdi. İndi bu xoşbəxtliyin davamı üçün siz də göründüyünüz kimi olmalısınız. Bəli, həyat yoldaşınızı həmişə gülər üzlə, şirin sözlə qarşılamağa tənbəllik etməyin. Eynilə nişanlı olduğunuz günlərdəki kimi çıxın qarşısına. Onunla evinizin daimi qonağı kimi davranın. Elə olsun ki, bu xoşbəxt qonaq qapıdan içəri addım atar-atmaz bütün yorğunluğunu, problemlərini unudacağına, öz isti yuvasından başqa heç bir yerdə rahat ola bilməyəcəyinə inansın. Ona göndərmək istədiyiniz mesajı, söyləmək istədiyiniz gözəl bir sözü gecikdirməyin. “Əvvəlcə o başlasın” deyib gözləməyin. Onu nə qədər çox sevdiyinizi söyləməkdən cəkinməyin. Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın

“Xoşbəxt bir ailə üçün” kitabından




Bənzər məqalələr

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.


Şərh yaz

*