1. 617 dəfə oxunub ,   0 şərh   Çap et

İstisqa (yağmur, bərəkət və yardım) Duası

Bir bölgədə quraqlıq olarsa o ərazilərdə yaşayan sakinlər ( ya da bu quraqlıqdan xəbəri olan digər möminlər) açıq bir əraziyə çıxaraq ilk növbədə tövbə-istiğfar edərlər. İnanan insanların Cənabı-Allahdan bolluq-bərəkət gətirəcək yağış istəmələri, bu mənada dua etmələri, yalvarıb-yaxarmaları Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. Bu “duaya istisqa” duası deyilir. İstisqa, su istəmə, yağmur istəmə və yardım tələb eləmə mənalarına gəlir.

İmam Azam Əbu Hənifəyə görə, istisqadan məqsəd, ancaq dua və istiğfardır. Dua etdik mütləq yağış yağacaq deyə bir şey yoxdur. Yağmur tələbi ilə camaatla birlikdə və  yaxud ayrı-ayrı iki rükət namaz qılana bilər. Ancaq Peyğəmbərimizin sünnəsində belə bir namaz yoxdur.

Günəşin şəfəqləri sökülməyə başladıqda birlikdə əraziyə və yaxud hündür bir təpəyə çıxılır, Allah-  Təalaya çoxlu tövbə-istiğfar edilir. Sonra imam olan şəxs bir az daha yüksək yerə çıxar, əynindəki pencəyini və yaxud paltosunu tərs üzünə çevirərək  geyinər. Əllərini yuxarı qaldıraraq dua və niyaz edər, camaat da onun duasına amin deyərək, duaya iştirak edərlər. Müsəlmanlar mümkünsə özləriylə birlikdə uşaqlarını, ev heyvanlarını da balaları ilə birlikdə götürərlər. Uşaqlar və heyvanların balaları bir müddət analarından ayrı tutulur və həzin mənzərə qarşısında gücü taqəti kəsilmiş və yaşlı insanlara dua etdirilir və bu duaya da amin deyərək iştirak edilir.

Üç gün ardıcıl yağmur duasına çıxılması məsləhət görülür. Ancaq bəzi alimlər bu hadisənin yeddi gün davam etməsini münasib görürlər.

Duanı yüklə



Açar sözləri

yağmur duası

Bənzər məqalələr

Yağış (istisqa) duası

Allahım! Bizə dərhal, gecikdirmədən, zərərsiz, faydalı, bərəkətli, razı olduğumuz və dadımıza çatan yağış ver


Şərh yaz