Aylıq namaz vaxtları
5. 361 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Spirt və spirt tərkibli ətirlər murdar sayılırmı? Həmin maddələr bulaşan paltarla namaz qılmaq olarmı?

Cavab: Uca Allah Quranda buyurur: “Ey iman gətirənlər! Şərab, qumar, bütlərə qurban kəsilən nəzirlər, fal oxları, şeytana aid murdar işlərdən başqa bir şey deyildir. Bunlardan uzaq durun ki nicat tapasınız.”[1] Spirtli içkilərdən şərab ağır nəcasətlərdən sayılır. Bu xüsusda bütün İslam alimləri həmfikirdir. Sərxoşluq verici içkilər haqqında Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Sərxoşluq verən hər içki haramdır.”[2] “Çoxu sərxoşluq verən şeyin azı da haramdır.”[3]

Şərabdan başqa, tərkibində etil spirt olan maddələrin nəcis sayılıb sayılmayacağı haqqında  üç müxəlif görüş var:

  1. Qəliz nəcasətdir (təmiz sayılmayan bir maye təxminən ovuc içi qədər yerə yayılarsa qəliz nəcasət sayılır, namaz qılmağa mane olar.)
  2. Xəfif/yüngül nəcasətdir. (Paltarın dörddə birinə bulaşarsa namaz qılmağa mane olar.)
  3. Şərabdan başqa tərkibində spirt olan mayelər maddələri etibarı ilə təmizdir. (Hənəfi məzhəbi alimlərinin görüşüdür.)

Buradakı fikir ayrılığının səbəbi şərabdan başqa tərkibində spirt olan maddələrin dini yöndən təmiz sayılıb-sayılmayacağı xüsusundadır. Bu içkiləri içməyin sərxoşluq verdiyi üçün, haram olduğunda bütün alimlər həmfikirdir.

Şərab xaricindəki spirtli maddələrin tərkib etibarı ilə təmiz olduğunu qəbul edən alimlərin görüşünə əsasən, spirt, yod, odekolon, ətir kimi tərkibində spirt olan maddələr təmizdir. Bunları istifadə etmək, yəni, vücuduna və ya paltara sürtmək, tökmək və ya şüşə içərisində üzərimizdə daşımaq caiz olub, namaza mane deyildir.

Dini əmrlərə həssas yanaşan şəxslər, sərxoşluq verici maddələrin qəliz (ağır) nəcasət olduğunu qəbul edən alimlərin görüşünü də diqqətə almalı, kolonya, odekolon, tərkibində spirt olan ətirlər və s. kimi təmiz olub-olmadığı ixtilaflı olan şeylərdən uzaq durmalıdır. Ən azından dəstəmaz üzvlərinə sürtmək olar ki, namaza durarkən həmin nahiyəni yumaq mümkün olsun. Təmizlənmək çətin olduğu üçün paltara vurulması tövsiyə olunmur. Xatırladaq ki, spirt tərkibli ətir sürtmək dəstəmazı pozmur. Sadəcə nəcis olma ehtimalını unutmamalıyıq. Ən etibarlı yol budur. Ancaq qorunmağın çətin olduğu hallarda, mübahlığı qəbul edən alimlərin görüşü tərcih edilə bilər.


[1] Maidə 5/90.
[2] Buxari, Vudu, 71; Ədəb, 80; Müslim, Əşribə, 7.
[3] Əbu Davud, Əşribə, 5: Tirmizi, Əşribə, 3.



Bənzər məqalələr

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.

Krem, pomada və qoxu orucu pozurmu?

Jele, krem və ətirdən istifadə etməklə oruc pozulmur. Bədənə istilik verən kremlər (vicks, vyetnam mazı və s.) də orucu pozmur.

Tərkibində spirt olan dərman

Sual: Tərkibində spirt olan dərman içməyin hökmü nədir? Cavab: Rəsulullah (s.ə.s) bir hədisində buyurur, “Çoxu haram olan şeyin azı da haramdır. Allah haram buyurduğu şeylərdə şəfa yaratmamışdır.”

Nəcasətləri təmizləmə yolları

Dinimizdə murdar sayılan şeyləri təmizləmək üçün mahiyyətlərinə görə müxtəlif şəri təmizləmə üsullarından istifadə edilir. Bu üsullar aşağıdakılardır.

Ətir istifadə etmək caizdir?

Tərkibində dinin haram buyurduğu və insan sağlamlığı üçün təhükəli sayılan maddələr olan ətirlərdən istifadə etmək caiz/uyğun deyil.


Şərh yaz

*