Aylıq namaz vaxtları
3. 128 dəfə oxunub ,   2 şərh   Çap et

Rəsulullah (s.ə.s) təhəccüd namazına qalxanda bu duanı oxuyardı:

اَللّٰهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ قَيُّومُ السَّمَوَاتِ وَاْلأَرْضِ وَمَنْ فِيهِنَّ، وَلَكَ الْحَمْدُ أَنْتَ مَلِكُ السَّمَوَاتِ وَاْلأَرْضِ وَمَنْ فِيهِنَّ، وَلَكَ الْحَمْدُ أَنْتَ نُورُ السَّمَوَاتِ وَاْلأَرْضِ وَمَنْ فِيهِنَّ

Allahım, Sənə həmd olsun. Sən səmaları, yeri və içində olanları var edən Qayyumsan. Sənə həmd olsun. Sən səmaların, yerin və içindəkilərin həqiqi sahibi olan Məliksən. Və Sənə həmd olsun, Sən səmaların, yerin və içindəkilərin Nurusan.”[1]

Gecənin yarısında bu duanın oxunması çox mənalıdır. Səma bütün ehtişam və gözəlliyi ilə görünür.Ulduzlar par-par parıldayaraq göz qırpır və oralardan insanın könlünə necə əngin mənalar süzülüb gəlir. Yer üzü də eyni ahəngə dilbəstədir. Və yeri-göyü ehtişam, dəbdəbə və ahəng içində var edən Allaha (c.c.) bu dua ilə həmd edilir.

“Qayyum” əksər alimlərə görə, İsmi-Əzəmdəndir. Peyğəmbərimiz çox vaxt bu ismin cilvə və təcəllilərini şəfaətçi edərək Allaha həmd edir.

Mülk də Milk də Allahındır (c.c.). Elə isə Məlik də, Malik də yalnız Odur.

Onun əhdi-peymanına, sədaqətinə baxın: iki-üç saat əvvəl əhdi-peymanını təzələyib yuxuya getdi. Qalxanda da ilk işi yenə əhdi-peymanı təzələmək oldu. Çünki yuxuda gəzib-dolaşdığı aləmlərdən şəhadət (görünən) aləminə yenicə qayıtmışdır, əhdi-peymanını da təzələməlidir.

Duanı bu şəkildə davam etdirir:

 وَلَكَ الْحَمْدُ أَنْتَ الْحَقُّ وَوَعْدُكَ الْحَقُّ وَلِقَائُكَ حَقٌّ وَقَوْلُكَ حَقٌّ وَالْجَنَّةُ حَقٌّ وَالنَّارُ حَقٌّ وَالنَّبِيُّونَ حَقٌّ وَمُحَمَّدٌحَقٌّ وَالسَّاعَةُ حَقٌّ. اَللّٰهُمَّ لَكَ أَسْلَمْتُ وَبِكَ آمَنْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ وَإِلَيْكَ أَنَبْتُ وَبِكَ خَاصَمْتُ وَإِلَيْكَ حَاكَمْتُ فَاغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللّٰهِ

Sənə həmd olsun, Sən Haqsan. Vədin haqdır. Sənə qovuşmaq haqdır. Sənin sözün haqdır. Cənnət də, Cəhənnəm də haqdır. Nəbilər və Həzrət Məhəmməd Mustafa haqdır. Qiyamət günü də haqdır.

Allahım, Sənə təslim oldum. Sənə iman etdim. Sənə təvəkkül etdim və yalnız Sənə üz tutdum. Yalnız Sənin inayətinə arxalanaraq mübarizə etdim, yalnız Sənin hakimliyinə müraciət etdim. Sən mənim keçmiş və gələcək xətalarımı bağışla. (Gələcəkdə mənə günah işlətmə və günah qapılarını da üzümə bağla). Gizli işlədiklərimi də, açıq işlədiklərimi də bağışla. Və bunlardan başqa məndən də yaxşı bildiyin günahlarımı da bağışla. (Çünki mən qəlbimdən keçəni bilə bilərəm, lakin sirr, xəfa və əxfamdan keçənləri bilməyə bilərəm. Əgər mən bilmədən bu duyğularımda bir büdrəmə olmuşsa, Sən ona görə də məni bağışla). Önə keçirən də, geridə saxlayan da Sənsən. Səndən başqa ilah yoxdur. Güc və qüvvət yalnız Allahındır.”[2]

Yatmadan əvvəl Allaha təslim olub pənah aparmışdı, yuxudan qalxar-qalxmaz yenə Ona yönəlib imanını elan edir və həyata belə bir iman, belə dərin təslimiyyət şüuruyla başlayır. Və duasını O, “Lə havlə vələ quvvətə illə billəh” sözləri ilə bitirir. Çünki insan Allahın güc və qüvvətinə arxalanmazsa, çiynindəki ağır yüklərin öhdəsindən gələ bilməz, iman, təvəkkül, təslimiyyət həmişə Allahın (c.c.) diləməsiylə olur. O, diləmədikcə və kömək etmədikcə, kim Ona qovuşa bilər ki? Elə isə hər kəs öz səviyyəsinə görə Allahın (c.c.) güc və qüvvətinə sığınmalıdır. Peyğəmbərimiz bu duyğu və düşüncə ilə belə mənəvi ab-hava meydana gətirəndən sonra namaz qılmağa başlayır və gecənin qara zülfləri Onun göz yaşıyla islanırdı.

O, xüsusilə tək qıldığı nafilə namazlarda çox dua edir və namazı da uzatdıqca-uzadırdı.[3]

Namazda “Fatihə”dən əvvəl bu duaları oxuyurdu:

اَللّٰهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ

Allahım, mənimlə günahlarımın arasını şərqlə qərbin arasını ayırdığın kimi ayır.

اَللّٰهُمَّ نَقِّنِي مِنَ الْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ اْلأَبْيَضُ مِنَ الدَّنَسِ

Allahım, ağ libas necə çirkdən təmizlənirsə, Sən də məni günahlardan elə təmizlə.”[4]

Bundan sonra da “Sübhanəkə”ni oxuyur və bu qədər təsbeh və təqdisdən (zikrdən) sonra da “Fatihəyə” keçirdi.


[1]Buxari, Təhəccüd 1; Tövhid 8, 35; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/358.

[2]Buxari, Təhəccüd 1; Tövhid 8, 35; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/358.

[3]Buxari, Təhəccüd 16; Müslim, Müsafirin 125, 203-204.

[4]Buxari, Əzan 89; Daavat 39; Müslim, Məsacid 147.



Bənzər məqalələr

Maşından dua asmaq olar?

Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar, dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

Balıqçı və oğlu

Ata və oğul gölün kənarına gəldilər və tilovu gölə atıb geri qayıtdılar. Bir saat sonra tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi… Ata və oğul tilovu yenidən […]

İmtahan duası

Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.

Qədr gecəsi duası

Qədr gecəsi hər cür dua oxuna bilər. İnsan həm özünə, həm ailəsinə, həm ölkəsinə, həm də dünyadakı bütün müsəlman qaradaş və bacılarına duada yer ayırmalıdır. Ancaq bu gecə ilə əlaqəli Allah Rəsulundan rəvayət olunan dua bu şəkildədir:  “Allahumma innəkə afuvvun tuhibbul avfa fafuanni” “Allahım! Sən əvf edib bağışlayıcısan. Əfv etməyi sevirsən. Məni də bağışla.”


2 şərh yazılıb
  1. Vahid , 27/06/2014 tarixində, saat 05:06

    Fəttah isminin açmayacağı qapı yoxdur.

  2. boncuq , 28/06/2014 tarixində, saat 18:06

    Ramazan girdi.Allah hamının duasını qəbul eləsin. RAMAZAN AYINIZ MÜBARƏK OLSUN.

Şərh yaz


(gərəkli)