1. 866 dəfə oxunub ,   0 şərh   Çap et

Bir araya gəldikdə, grüşdükdə əl-ələ tuşub, qucaqlaşma ədəbi

Müsafihənin lüğəvi mənası “əllə görüşmək” deməkdir. İslamda müsafihə iki şəxsin qarşılaşarkən salamlaşandan sonra iki əl ilə görüşməsini ifadə edir. Bəzən əl öpmək, alından öpmək və ya qucaqlaşmaq müsafihə çərçivəsinə daxil olur.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) səhabələrlə (əsasən Cümə və bayram namazlarından sonra bayramlaşarkən) müsafihə etmişdir.[1]  Bundan başqa beyətlərdə də müsafihəyə əməl etmişdir. İslam alimləri müsafihənin sünnət olması mövzusunda həmfikirdir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) müsafihə haqda: “İki müsəlman qarşılaşarkən müsafihə edib əziz və cəlil olan Allah-Təaladan (cəllə cəlaluhu) bir-biri üçün bağışlanma diləsələr, yerlərindən ayrılmadan Allah (cəllə cəlaluhu) hər ikisinin günahlarını əfv edər”[2] buyurmuşdur. Demək ki, müsafihə ilə birlikdə qarşılıqlı dua etmək və Allah-Təaladan (cəllə cəlaluhu) bağışlanma diləmək də vacibdir.

Hz. Qatadə (radiyallahu anh) nəql edir: Həzrəti Ənəsdən (radiyallahu anh) “Rəsulullah əleyhissəlatu vəssələmin səhabələri arasında müsafihə var idi?”– deyə soruşdum. Mənə: “Bəli!” – cavabını verdi.[3]

Tirmizinin İbn Məsuddan qeyd etdiyi bir başqa hədisdə belə buyurulur: “(Müsafihə etmək üçün mömin qardaşın) əlindən tutmaq salamlaşmağa aiddir.”[4]

Salamlaşma qəlbi kin və nifrətdən təmizləyir, düşmənçilik his­lərini yox edir.[5]

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Müsəlmanları müsafihəyə təşviq etmişdir. Hədislər Onun səhabələrlə hər dəfə rastlaşanda müsafihə etdiyini,[6] müsafihəni iki əli ilə etdiyini[7] və əlini birinci çəkmədiyini[8] deyir. Müsafihə həm də salamlaşmanı tamamlayır.[9]  Bir hədisdə belə buyurulur: “İki müsəlman rastlaşarkən müsafihə etsələr, günahları bağışlanar”. Başqa bir hədisdə isə “günahları əlləri arasından tökülüb gedər”[10]  deyilmişdir.

Müsafihəyə nikahı mütləq haram olan yaxın qohumlar da da­xildir. Bir qadın öz həmcinsləri ilə müsafihə etdiyi kimi, oğul, nəvə, ata, baba, qardaş, bacı və qardaş uşağı, əmi, dayı, qayınata, ögey oğul, süd oğul və ya süd ata kimi nəsil (qan), ya da süd qohumları ilə müsafihə edə, əl öpə və ya öpdürə bilər. Ancaq fitnə ehtimalı varsa, qadın gəncdirsə, bu qohumlardan bəziləri ilə, məsələn, ögey oğul və ya süd qohumları ilə məsafə saxlamalıdır.

Digər tərəfdən fitnə qorxusu yoxdursa, bəzi yaşlı qadınların əlini öpmək olar. Belə ki, Həzrəti Əbu Bəkrin (radiyallahu anh) yaşlı qadınlarla müsafihə etməsi və Abdullah ibn Zübeyrin (radiyallahu anh) xəstə­lənəndə yaşlı bir qadını xidmətçi tutması haqda rəvayətlər var.[11]

Sual: Yuxarıda verilən xüsusi hallar istisna, cavan oğlanla yad bir qadının əl görüşməsi və müsafihə etməsi hansı əsasa görə qadağandır?

Bu mövzuda ən tutarlı dəlil “günahlara gedən yola sədd çəkmə (səddüz-zərai) prinsipidir”.

Yad kişi ilə qadının müsafihə etməsinin caiz olmadığını göstərən digər dəlillər bunlardır:

Qadınların beyət etməsinin əsaslarını müəyyən edən ayə (“Mum­təhinə” surəsi, 60/12) nazil olanda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Mədinədə xanımları bir yerə yığıb onlardan beyət istəmişdi. Həzrəti Aişə (radiyallahu anh) beyətin necə edildiyini nəql edir: “Allah Rəsulu mömin qadınlardan ayədəki şərtləri qəbul edənə “səninlə beyət etdim” deyirdi. Allaha and olsun ki, beyət əsnasında onun əli heç bir qadının əlinə dəymədi.”[12]

Digər tərəfdən Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) əlini bir qumaşın üstünə qoyduğunu, qadınların da eyni parçaya əllərini qoyub beyət etdiyini bildirən hədislər var. Allahın Elçisinin “Mən qadınlarla müsafihə etmərəm” dediyi də nəql olunur.

Nəticə olaraq, ayə və hədislərdə yad qadınla müsafihənın qəti qadağan olunmaması ilə yanaşı, Allah Rəsulunun heç bir qadınla müsafihə etmədiyini nəzərə alaraq, imanlı kişi və qadınlar müsafihə və ya əl öpmə kimi görüşmə şəklini məhrəm (nikahı qadağan olan) qohumlardan kənara çıxarmamalıdır. Günaha gedən yola sədd çəkmə və ehtiyatlı davranma prinsipi bunu tələb edir.


[1]. Buxari, İstizan 27.

[2]. Əbu Davud, Ədəb 153.

 [3]. Buxari, İstizan, 27; Tirmizi, İstizan, 31, (2730)

 [4]. Tirmizi, İstizan, 31, (2731).

 [5]. Muvatta, Hüsnül-Xulq, 16, (2, 908).

 [6]. Əhməd ibn Hənbəl, Müsnəd, 5/163,168.

 [7]. Buxari, İstizan, 28.

 [8]. İbn Macə, Ədəb, 21.

 [9]. Tirmizi, İstizan, 31; Əhməd ibn Hənbəl, Müsnəd, 5/260; Əlavə bax. “Nisa” surəsi, 4/86.

 [10]. Bax. Əbu Davud, Ədəb 142; Tirmizi, İstizan 31; İbn Macə, Ədəb,15; Əhməd ibn Hənbəl, Müsnəd, 4/289.303.

[11].  Əl-Məvsili, əl-İxtiyar, 4/155 və digər.

 [12]. Bax. Buxari, Əhkam, 49, Şurut 1, Təfsiru Surə, 65/2, Talaq 20; Müslim, İmarə, 88,89; Əbu Davud, İmarə, 9; Tirmizi, Təfsiru surə, 60/2; İbn Macə, Cihad, 43; Əhməd ibn Hənbəl, Müsnəd, 6/114, 154, 270. Nəsayi, Beyət, 18; İbn Macə, Cihad, 43; Malik, Muvatta, Beyət, 2; Əhməd ibn Hənbəl, Müsnəd, 2/213, 6/357, 454, 459.

 



Açar sözləri

ədəb salamlaşma

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.


Şərh yaz