Aylıq namaz vaxtları
1. 179 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Peyğəmbərimizə (s.ə.s) Məqami-Mahmudun verilməsindən bəhs edilir. Məqami-Mahmud nədir? 

Cavab: “Məqami-Mahmud” uca məqamdır, orada Rəsulullahın şəfaəti ilə bütün insanlar dərhal hesaba çəkilib uzun müddət gözləməkdən xilas olacaq və əbədi rahatlığa qovuşacaqlar. “Məqami-Mahmud” məqami-şəfaət şəklində də tərif edilmişdir. İslam alimləri yekdil rəyinə görə, “Beləcə Rəbbinin səni Məqami-Mahmuda yüksəldəcəyini ümid edə bilərsən![1] ayəsində keçən “Məqami-Mahmud” ifadəsi ilə şəfaət məqamı nəzərdə tutulur. Belə ki, Rəsulullah (s.ə.s) bu ayə haqqında: “Bu məqamda ümmətimə şəfaət edəcəyəm,[2] – buyurmuşdur. Ayənin quruluşu da bu mənanı ifadə edir. Çünki insan ancaq o zaman öyülmüş olur ki, onu kimsə mədh etsin. Buna əsasən ayədə keçən “Məqami-Mahmud” elə bir məqamdır ki, Rəsulullah (s.ə.s) orada insanlara yaxşılıq edəcək, insanlar da (bu yaxşılığa görə) Onu mədh edirlər. Bu yaxşılıq Rəsulullahın dini təbliğ və təlimi ola bilməz. Çünki bu, onsuz da, mövcuddur. “Beləcə Rəbbininn səni Məqami-Mahmuda yüksəldəcəyini ümid edə bilərsən!” ayəsi isə, əslində, ümid verməkdir. Çünki bir insana malik olduğu şeyi vəd etməklə onu ümidləndirmək olmaz. Beləliklə, bu yaxşılıq insanlara sonda çatmalıdır ki, o da Rəsulullahın Uca Allahın hüzurunda ümmətinə şəfaətçi olmasıdır.

Allah Rəsulunun (s.ə.s) şəfaəti ilə bağlı hədis kitablarında bir çox hədis var. Bunlardan birini verməklə kifayətlənəcəyik. Rəsulullah (s.ə.s) belə buyurdu: “Qiyamət günü insanlar camaat-camaat gələcək. Hər ümmət öz peyğəmbərinə: “Bizə şəfaətçi ol! Bizə şəfaətçi ol!” – deyəcək. Axırda şəfaətçi olmaq mənə həvalə ediləcək. “Məqami-Mahmud məhz budur[3].


[1] İsra, 17/79.

[2] Əhməd ibn Hənbəl, II, 441, 528.

[3] Buxari, Təfsir, 17/11.




Bənzər məqalələr

Peyğəmbərimiz bir gününü necə keçirirdi?

Allah Rəsulu (s.ə.s) sübh namazını qıldıqdan sonra namazgahın üstündə diz üstə oturar, günəş doğana qədər gözləyərdi. Bu vaxt səhabələr Onun ətrafında oturaraq nəsihətlərini dinləyərdi.

Rəsulullahın (s.ə.s) əshabını tərbiyə etməsi

Peyğəmbərimizin (s.ə.s) ortaya qoyduğu təlim-tərbiyə prinsipləri Qurani-Kərim və Sünnədə təfsilatı ilə əksini tapmışdır. Onun təkcə Qurani-Kərimi insanlara təbliğ etməsi və mənimsətməsi belə öz-özlüyündə bir möcüzədir. Allah Rəsulu o tərbiyə sistemindəki icraatları ilə onları bütün pis xislətlərdən arındırdı və yeni bir insana çevirdi.

Şəfaət nədir? Neçə növü var?

Şəfaət haqq və həqiqətdir. Kimə şəfaət etməyə icazə verilibsə, Haqq-Təalanın qoyduğu çərçivədə şəfaətçi olacaqdır. Şəfaəti inkar edənlər isə nə dünyada, nə axirətdə bir şey qazanası deyillər. Çünki bəndələr Allahı necə tanıyırsa, Allah da axirətdə onları o cür qarşılayacaq.

Rəsulullaha (s.ə.s) itaət

Qeyd-şərtsiz itaət edilən yeganə Zat Aləmlərin Rəbbi olan Allahdır. Qurani-Kərimdə yer üzündə Allah-Təalanın elçisi olan peyğəmbərlərə də itaət əmr edilir. Xüsusilə də, Kainatın Fəxri (s.ə.s) Quranın bir çox ayəsində itaət edilməli mövqedə anılır.

Peyğəmbərimizin (s.ə.s) xitab üslubu necə idi?

Allah Rəsulunun danışığı son dərəcə şirin idi və könül oxşayırdı. Sözləri bir-bir tələffüz edir, dinləyənlər hər cümləsini yaxşı anlayırdılar. İnsanların səviyyəsinə uyğun danışır, çətin mövzuları təşbeh və misal çəkməklə asanlaşdırırdı.


Şərh yaz

*