Aylıq namaz vaxtları
606 dəfə oxunub ,   0 şərh   Çap et

Sual “Bəqərə” surəsinin 67-ci və “Maidə” surəsinin 69-cu ayələrini necə başa düşməliyik?

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

“İman gətirənlərdən, yəhudi, xristian və sabiilərdən hər kim Allaha, axirət gününə (tam səmimiyyətlə) inanar, yaxşı işlər görərsə mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.” (Bəqərə surəsi 2/62)

“Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!” (Maidə surəsi 4/67-69)[1]

Bəqərə surəsi 62-ci ayəsinə baxaq. Ayənin girişində işlədilən “əmənu” (iman edənlər) ifadəsi ilə, əksər təfsir aliminə görə, xarici görünüşdə iman etdiklərini söyləyən münafiqlər nəzərdə tutulur. Ayənin ikinci hissəsində “iman edər-inanar”  ifadəsinin təkrar işlədilməsi də buna əsas verir.

“Hədu” kəlməsi lüğətdə, “tövbə etmək” və ya “yəhudi olmaq” mənasında işlədilir. Yaxud xüsusi isim olub yəhədi millətinə verilən özəl addır.

“Nasara” sözünün tək forması “nasrani” olub, xristianlara deyilir. Həzrət İsanın (ə.s) yaşadığı şəhərin adı da Nasara olub.

“Sabiin” lüğətdə “sabiə” bir başqa dini qəbul edən insana deyilir. Bəzi təfsir alimləri İslam, Yəhudilik və Xristianlıq xaricində qalan digər din mənsublarını bu adla adlandırmışlar. Həmçinin mələklərə və ya ulduzlara sitayiş edən insanlara eyni adla xitab edilmişdir. Hal-hazırda sayı az olsa da İraqda özlərini “sabii” adlandıran qapalı cəmiyyət şəklində yaşayan qrup var. Onlar kainatın tək yaradıcısı olduğuna inanmaqla yanaşı, dünyanın və insanların idarəsinin göy cisimlərinin nəzarətində olduğunu iddia edirlər. Həzrət İbrahim (ə.s.) bu qövmü irşad için göndərilmişdir. Günümüzdə bürclərə inanmaq anlayışı da həmin dinin  qalıqlarıdır.

Yuxarıda da qeyd edildiyi üzrə ayənin girişində iman edənlər ifadəsi ilə möminlər deyil, zahirdə mömin kimi görünüb imanı, İslami həyatı tam mənimsəməmiş insanlar, münafiqlər nəzərdə tutulur. Belə olduqda ayədə sadalanan həqiqi iman etməyənlər, yəhudi və xristianlar, eləcə də digər dinlərin mənsublarının İslam dini gəldikdən sonra onu qəbul etməzlərsə axirətdə qurtulma şansları olmayacığı nəticəsi çıxır. Çünki ayənin davamında  “Hər kim Allaha və Axirət gününə iman edər və yaxşı işlər görərsə” cümləsi ilə həqiqi iman edənlər, yəni Həzrət Məhəmməd (s.ə.s) peyğəmbər olaraq göndərildikdən sonra onun gətirdiyi əsaslara iman gətirənlər ilklərdən ayrı qeyd olunur. Bu fikri dəstəkləyən başqa ayələr də var. Məsələn: “(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”[2]

Bəqərə surəsi 62-inci ayə ilə bənzər ifadələrin keçdiyi Maidə surəsinin 69-cu ayəsindən əvvəlki ayələrə baxdıqda da bunun şahidi oluruq: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! De: “Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qurana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru olan) heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma!” (Maidə surəsi 5/67-68)

Eləcə də Bəqərə surəsinin girişində Allah-Təala inananların vəsflərini bildirmişdir: “O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar, Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır”.[3]

Ayədə zahirdə iman etdiyini deyən, ancaq qəlbi ilə iman etməyən münafiqlər, yəhudi, xristian və sabiilərlə bir tutulmuş və hər birinin axirətdə əzaba düçar olmadan xilas olması, Quranda bildirilən iman əsaslarına səmimi şəkildə imana və saleh əmələ  bağlanmışdır.

Ayədən belə nəticə çıxara bilərik ki, təqlidi iman yetərli deyildir. Yəni bir şəxs müsəlman cəmiyyətində böyüyüb boya-başa çatsa da həqiqi iman etmiş sayılmır. İslama görə, əsl hidayət müsəlman ailədə doğulmağa və ya irqi seçkiliyə əsaslanmır. Əsas olan təhqiqi imandır. Deməli, insanın axirətdəki qurtuluşu araşdıraraq, öyrənərək iman etməyə və bunun nəticəsində də saleh, faydalı, yaxşı işlər görməyinə bağlıdır.

Daha ətraflı məlumat üçün Almalılı Həmdi Yazırın “Haqq dini, Quran dili” adlı təfsirinə baxıla bilər.

[1] Qarşılaşdırın Əraf, 7/158; Hud, 11/17; Yunus, 10/62; Fussilət, 41/30; Həcc, 22,17.

[2] Əraf surəsi 7/158

[3] “Bəqərə” surəsi 2/3-5.




Bənzər məqalələr

Xristianlar cənnətə girə bilərmi?

İslam dininə görə, “Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah (Allahdan başqa ilah yoxdur, həzrət Muhamməd (s.ə.s) Allahın elçisi, peyğəmbəridir.)” deməyən, bu həqiqətə inanmayan cənnətə girə bilməz. Xristianların və digər qeyri-müsəlmanların uşaqları həddi-büluğa çatmadan ölərsə mükəlləf olmadıqları üçün bəlkə də cənnətə girə bilərlər.

Münafiqliyin əlamətləri

Münafiq “imanla küfr arasında qalan, qərarsız, şübhə içində olan, imandan çox küfrə yaxın olan və ya küfrünü gizlədərək özünü mömin göstərən, dinin bir qapısından girib digərindən çıxan ikiüzlü insan” deməkdir.

Rəsulullahın (s.ə.s) münafiqlərlə əlaqələri necə idi?

Münafiq sözü “ən-nəfəqu” sözündən törəyib “köstəbək dəliyi” mənasına gəlir. Köstəbək öz yuvasına bir tərəfdən girib o biri tərəfdən çıxdığı kimi, münafiq də İslama bir tərəfdən girib o biri tərəfdən çıxır. Yəni küfrünü gizləyib özünü inanan kimi göstərir.

Münafiqə hörmət etmək olmaz

   عَنْ بُرَيْدَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا تَقُولُوا لِلْمُنَافِقِ سَيِّدٌ، فَإِنَّهُ إِنْ يَكُ سَيِّدًا فَقَدْ أَسْخَطْتُمْ رَبَّكُمْ » Hz. Bureydə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Münafiqə “seyyid” (ağa, cənab)  deməyin. Əgər o, həqiqətən, “seyyid” yerinə qoyulmağa və hörmət olunmağa layiq bir mövqedədirsə, o halda siz bu zillətinizlə Qüdrətli və Əzəmətli […]

Münafiq kimə deyilər?

İnsanlar iman baxımından üç qrupa ayrılır: mömin, kafir və münafiq.


Şərh yaz

*