Aylıq namaz vaxtları
Ana bətnində uşağın hissiyyatı

Uşaq tərbiyəsi ana bətnində ikən başlayır. Rüşeymin formalaşmağa başladığı andan etibarən valideynlərin hərəkət və davranışları dünyaya gələcək körpənin xarakterinin formalaşmasına birbaşa təsir edir. Nə qədər uşaq var ki, doğulub böyüdükləri mühit və valideynlərin məsuliyyətsizliyi ucbatından göz açdıqları andan bədbəxt olurlar.

5. 318 dəfə oxunub 0 şərh yazılıb
Necə ad qoymalı?

Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.

10. 384 dəfə oxunub 0 şərh yazılıb
Adın uşaq psixologiyasına təsiri

İnsan orqanizmi eşitdiyi kəlmələrin məzmunundan asılı olaraq hər sözə fərqli reaksiya verir. Özünüzü yoxlaya bilərsiniz: “yağmur” kəlməsinin insan ruhunda oyatdığı təsirlə, “quraqlıq” kəlməsinin oyatdığı təsir eynidirmi? Və ya “çiçək” kəlməsi ilə “tikan” kəlməsini eyni təsir gücünə malikdir? Təbii ki, yox. Sanki hər bir kəlmənin özünəxas “ruhu” mövcuddur.

5. 590 dəfə oxunub 1 şərh yazılıb
İslamın çoxevliliyə münasibəti necədir?

Heç kim iradə zəifliyinə dini don geyindirərək bunu savab kimi göstərməməlidir. Bu dindən sui-istifadə etməkdir. Bəzi məsələlərdə zamanın hökmü var. İnanan insan həyat yoldaşına başqa nəzərlə baxırsa, onun müsəlmanlıq üçün bunu edirəm deməyə haqqı yoxdur. Evlilik ehtiyacı fitri ehtiyacdır. Ancaq həyatın qayəsi deyildir. Minumumla kifayətlənməliyik…İkinci evliliyi düşünən şəxs bütün bu riskləri göz ardı etmədən düşünməli və həvəs və arzuları- nın əsiri olaraq qərar verməməlidir.

3. 009 dəfə oxunub 0 şərh yazılıb
Ailə başçısı olaraq Peyğəmbərimiz

Rəsulullahın ailəsi yer üzündə keçmiş və gələcək ən məsud, ən bəxtiyar və ən bərəkətli ailə idi. Onun evindən hər zaman səadət qoxusu gələrdi. Bəlkə də, bu ailə dünyanın ən yoxsul evlərindən biri idi, bəzən aylarla qazan asılmaz, şorba qaynamazdı. Xanımları isə kiçik bir otaq və ya darısqal bir daxmada yaşayırdı. Bu, bəxtiyar qadınlar Allah Rəsulu […]

4. 288 dəfə oxunub 0 şərh yazılıb
Çoxevlilik

Yazıda Tarixdə çoxevlilik, İslamda çoxevlilik, Çoxevliliyin hökmü, Kimlər evlənə bilər? Quranda çoxevlilik,
Qadınlarla münasibətdə ədalət, İslamdakı çoxevliliyin hikmətləri, Çoxevlilikdə qadının rolu kimi mövzulara aydınlıq gətirilmişdir.

6. 233 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

2. 854 dəfə oxunub 0 şərh yazılıb
Evlilik marafonu

Marafona çıxmış bir idmançı düşünün. Əgər bu idmançı elə ilk dəqiqələrdən imkanlarını qiymətləndirə bilməsə, məsələn ya həddindən artıq tez hərəkət edərək özünü yorsa, ya da həddindən artıq yavaş hərəkət edərək geri qalsa, nəticə necə olar? Əlbəttə ki, yaxşı olmaz. Əslində, evliliyin ilk günləri də belədir.

1. 324 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Evdarlıq qabiliyyətiniz nə qədərdir?

Qadınlara on üç sual: Həyat yoldaşınızla dünyagörüşünür və fikirləriniz (elmi səviyyəniz) düz gəlirmi? Məsələn, Onun oxuduğu qəzet, jurnal və ya kitabı maraqla oxuyub başa düşə bilirsinizmi? Dini və elmi mövzularda fikir mübadiləsi aparırsınızmı? Hər hansı qəzet xəbəri və ya lətifə haqqında özünüzə xas fikriniz olurmu?

2. 602 dəfə oxunub 0 şərh yazılıb
Mükəmməl həyat yoldaşı axtarıram, amma

Həyat yolunu birgə addımlayacağımız, özümüzə münasib ömür-gün yoldaşı tapmaq o qədər də asan deyil. Əynimizə paltar alarkən belə dəfələrlə düşünür, götür-qoy edir, mağaza-mağaza dolaşır və sonra alırıq. Evlilik məsələsində isə daha diqqətli olmalıyıq. Xüsusilə də Allahın rizasını qazanmaq üçün insanlığa xeyirli və faydalı nəsillər yetişdirmək, məhz, doğru həyat yoldaşı seçməkdən başlayır.

5. 075 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?

Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.

1. 642 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlar arasında ədalətli olmaq

Ailədə uşaqlar arasında fərq qoyulmaması, birinin digərindən üstün tutulmaması əsas prinsiplərdən biridir. Bu məsələdə valideynin kiçik bir qüsuru uşaqların yanında hörmətdən düşməsinə kifayət edir. Valideynlərin övladlar arasında fərq qoyması ayrı-seçkilik görən uşaqları qısqanclığa sövq etməklə birlikdə, onların şüuraltında ata-analarına qarşı nifrət hissinin meydana gəlməsinə səbəb olur.

3. 055 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Şükür etmək

Şükür duyğusu bizə əmanət olaraq verilmiş bütün nemətlərin həqiqi sahibinin Allah olduğunu qəbul etmək və bütün davranışlarını bu müstəvidə qurmaqdır. Elə başa düşülməsin ki, şükürlü olmaq ətalətli olmaq və ya təşəbbüssüz olmaq deməkdir. Şükür duyğusunun təməlində təvəkkül anlayışı dayanır. Yəni bir şey əldə etmək istəyirsənsə, bunun üçün lazım olan bütün şərtləri yerinə yetirib, nəticəni Allahdan istəməlisən və verdiyi hər şeyə də razı olmalısan.

3. 794 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Qarşı tərəfdə səhv axtarmayın

Tərəflərin bir-birilərini “uyğunlaşdırmaq” cəhdləri (buna başqa cür “dəyişdirmək” cəhdləri də demək olar), istər-istəməz, onlarda “Əvvəl məni sevirdi, ancaq indi məni sevmir?” kimi düşüncələrin baş qaldırmasına səbəb olur. Üstəlik, bu hisslər tərəflərin hər ikisini də öz təsiri altına alır. Elə isə belə vəziyyətlərdə nə etmək lazımdır?

1. 470 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Kimlərlə evlənmək olmaz?

Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara “məhrəm” deyilir. Aşağıdakı ayələrdə bunlar bildirilmişdir:

9. 595 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Gəlin qayınanasına baxmağa məcburdur?

Sual: Gəlin qayınana və qayınatasına baxmağa məcburdur? Cavab: Yaşlı valideynlərə baxmaq, onların qeydinə qalmaq, onlara yardım əlini uzatmaq övladın vəzifəsidir. Necə ki, valideynlər vaxtilə, onu böyüdüb boya-başa çatdırmaq üçün min cür əzab-əziyyətə qatlanmışlar. Övlad da yaşlananda valideynlərinə baxmaq məcbiriyyətindədir. Əgər övlad ailəlidirsə valideynlərinə necə baxmalıdır?

5. 048 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Övladın vəzifəsi

nasının üzünə ağ olan bir gənc əvvəlcə onu döyüb incidir. Bununla ürəyi soyumayıb onu bıçaqla doğrayır. Bu vaxt bıçaq əlini kəsir və qeyri-ixtiyari: “ay ana!” – deyir. Onun bu fəryadını eşidən ananın ürəyi də “can bala!”: – deyib oğlunun barmağına sarılır. Ata-analar həmişə belədir. Uşaqlarını döyüb incitsələr də, bərk-bərk danlasalar da, dillərindən ancaq “can bala!” kəlməsi yüksəlir.

7. 966 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlar nə üçün çox sual verirlər?

Cavab: Hər şeydən əvvəl onu deyək ki, uşaqlar ətraf mühiti daha çox öz “səyləri” ilə anlamağa çalışırlar. Bu baxımdan uşaqlar üçün bilavasitə gördüklərini anlamaq daha asan olur. Ancaq hadisələrin arxasında duran bəzi səbəbləri və ya görə bilmədikləri, ancaq eşitdikləri bəzi mücərrəd məfhumları anlamaqda çətinlik çəkirlər. Bunun üçün də bir böyüyün yardımına ehtiyac hiss edirlər. Yəni, onların sual vermələrinin səbəbi əslində içində yaşadıqları dünyanı tanımaq cəhdləridir.

4. 257 dəfə oxunub 0 şərh yazılıb
Uşaqlar internetlə nə vaxt tanış olmalıdır?

Uşaqlar vaxtlarının çox hissəsini komyuter qarşısında keçirməyi, xüsusilə də kompyuter oyunları oynamağı çox sevirlər. Ancaq ilk vaxtlar “günahsızcasına” başlayan bu oyunlar bəzən düzgün istifadə olunmadığı təqdirdə (təbii ki, bura oyunların düzgün seçilməməsini də əlavə etmək olar) uşaqlarımızı zorakılığa sürükləyir. Bu isə, nəticədə, uşağın zorakılığı adi bir hal kimi qəbul etməsinə gətirib çıxarır.

2. 111 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlar niyə yalan danışır?

Bir ana yanıma gələrək “Oğlum tez-tez yalan danışır. Yaşamadığı hadisələrlə qarşılaşdığını deyir. Ailəliklə övladımıza yalan danışdığımızı xatırlamıram. Bu vəziyyət məni çox narahat edir. Dəfələrlə yalanın yaxşı əməl olmadığını dediyim halda, onu bu yoldan döndərə bilmirəm. Sizə müraciət etməkdən başqa çarəm qalmadı” − dedi.

6. 701 dəfə oxunub 0 şərh yazılıb



  Facebook səhifəmizi bəyənin