5. 449 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Dində bacı-qardaş evliliyi qadağandır. Halbuki, Adəm peyğəmbərin övladları bir-biri ilə evlənirdilər. Bunun hikməti nədir?

Cavab: Bir şeydən çox şey yaradan Allah Həzrət Adəmdən butun insanlığı yaratdı. Hətta Həzrəti Həvvanı belə Həzrəti Adəmin bir parçasından yaratdı.

Qanunlardakı gözəllik və çirkinlik Allah-Təalanın əmr və qadağasına tabedir. Nikahlı kişi və qadınla nikahsızlar arasında maddi yöndən heç bir fərq yoxdur. Halbuki biri zinadır, dünya və axirətdə əzaba, cəzaya səbəb olur. Digəri isə, bir çox hikmətləri də ehtiva edən və dinin də təşviq etdiyi, Allahın da razı olduğu bir haldır. Demək ki, Hikmət sahibi Allah boş, mənasız iş görmədiyinə görə, əmr etsə, bu gözəl, qadağan etsə isə çirkin olar. Zaman, məkan və içindəkilər bağlı olduqları qanunlarla birlikdə, hər şeyi bilən, qüdrəti hər şeyə çatan və necə gəldi iş görməyən Allahın əlindədir. O, ilk yaratdığı az saylı insanlar arasındakı münasibətlərin, o şərtlər icində ən gözəl şəklini bildiyi kimi, çoxalmış və fərqli halların meydana çıxdığı insan cəmiyyətlərinin “psixo-sosial” quruluşlarına uyğun prinsipləri də hec şübhəsiz ən gözəl şəkildə bilir.

Həm də hər bir yeni quruluşda bəzi müvəqqəti qanunlar, əsasnamələr olur. Müəyyən müddət keçdikdən sonra onlar dəyişdirilir. İlk insan icması üçün buna da keçici bir qanun kimi baxıla bilər.

Dinin altı əsası heç dəyişməz. Bunun xaricində qalan təfərrüatla əlaqədar məsələlər vaxta və yerinə gorə, Cənabi-Haqqın hikmətli əmrləri ilə dəyişdirilir. İnkişaf edən, çoxalan insanların dövrlərinə və ehtiyaclarına gorə bu cür problemləri həll edilir.

Həzrəti Adəmin əkiz doğulan qız-oğlan övladları çarpaz şəkildə evlənirdilər. (Yəni əkizlər bir-biri ilə deyil, özündən əvvəl və ya sonra doğulanlarla evlənirdilər.) Hədislərdə bildirilən bu xüsusa görə, Allahın hikmətinin gərəyi olaraq əkizlər arasında yenə bir qanuna riayət edildiyi görünür.

Bunun əxlaq baxımından bir mühüm tərəfi də budur ki, Həzrəti Adəmin övladları bir-biriləri ilə evlənəcəklərini bilmirdilər. Hökm sonradan gəldi. Əgər indi dinlərdə bu qadağan edilməmiş olsaydı, eyni evdə çox kiçik yaşda yaşayan uşaqlar arasında öhdəsindən gəlmək mümkün olmayan əxlaqsızlıqlar və çirkin sui-istifadələr meydana gələrdi. Halbuki artıq dinlər, qanunlar, adətlər və əxlaq normaları köklü şəkildə yerləşdiyi üçün kimsənin ağlında bu məsələdə mənfi bir fikir formalaşmasına imkan verilmir.



Açar sözləri

Adəm bacı evlilik qardaş

Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


Şərh yaz