Aylıq namaz vaxtları
3. 108 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?

Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik“, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir.[1] Qurani-Kərim etiqadi, əxlaqi, ruhi və ictimai xəstəliklərin dərmanıdır. Qurtubi yazdığı təfsirdə Quranın həm qəlbə, həm də bədənə şəfa olduğunu bildirmiş, bunu isbat etmək üçün dəlillər gətirmişdir.[2] İbn Qayyim “Zadul-Məad” adlı əsərində Rəsulullahın müxtəlif xəstəliklər üçün tövsiyə etdiyi dərmanları əlifba sırası ilə vermiş, “qaf” hərfinə çatanda Quranı qeyd edərək, “Quranın qəlb və bədən, dünya və axirət xəstəliklərinin əsl şəfa mənbəyidir“, – demişdir.[3] Hz. Aişə rəvayət edir: “Rəsulullah xəstələnəndə özünə Muavvizəteyn (“İxlas”, “Fələq” və “Nas” surələrini) oxuyardı. Xəstəliyi ağırlaşanda isə özüm oxuyur və əli ilə bədənini ovuşdururdum”.[4] Rəvayətə görə, biri xəstələnəndə Rəsulullah onu sağ əli ilə məsh edərək belə deyərmiş: “Ey insanların Rəbbi, sıxıntıları aradan qaldır, şəfa lütf et. Şafi Sənsən. Səndən başqa şəfa verən yoxdur“.[5]

Ancaq xəstəlik, sıxıntı və başqa səbəblərə görə Allahdan şəfa istəyib, dua etməklə sehr, cadu ayrı-ayrı şeylərdir. Bunları qarışdırmamalıyıq. Bu cür əməllər haramdır. Ən əsası da dərd və xəstəliklərin şəfa tapması üçün dua etmək həkimə getməyə mane deyil. Din dua ilə yanaşı, müalicə olunmağı da əmr edir.


[1] “İsra” surəsi, 17/82.
[2] Qurtubi, X, 316.
[3] İbn Qayyim, “Zadul-Məad”, III, 178.
[4] Müslim, Salam, 51.
[5] Müslim, Salam, 46.

 



Açar sözləri

dua müalicə quran xəstə

Bənzər məqalələr

Maşından dua asmaq olar?

Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar, dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

Balıqçı və oğlu

Ata və oğul gölün kənarına gəldilər və tilovu gölə atıb geri qayıtdılar. Bir saat sonra tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi… Ata və oğul tilovu yenidən […]

İmtahan duası

Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.

Qədr gecəsi duası

Qədr gecəsi hər cür dua oxuna bilər. İnsan həm özünə, həm ailəsinə, həm ölkəsinə, həm də dünyadakı bütün müsəlman qaradaş və bacılarına duada yer ayırmalıdır. Ancaq bu gecə ilə əlaqəli Allah Rəsulundan rəvayət olunan dua bu şəkildədir:  “Allahumma innəkə afuvvun tuhibbul avfa fafuanni” “Allahım! Sən əvf edib bağışlayıcısan. Əfv etməyi sevirsən. Məni də bağışla.”


Şərh yaz


(gərəkli)