Aylıq namaz vaxtları
1. 221 dəfə oxunub ,   0 şərh   Çap et

Qeyri-maddi və metafizik varlıqlardan biri də cinlərdir. Kəlmə olaraq “örtülü və qapalı” mənalarına gəlir. Termin mənası isə belədir: Cinlər müxtəlif şəkillərə girə bilən və qəribə (insanlar baxımından fövqəladə olan) işlər görə bilən, oddan yaradılmış lətif məxluqlardır. Onların insanlar kimi həm mömin olanı həm də kafir olanı vardır.

Qurani-Kərimdə yaradılışları haqqında danışılan yerdə cinlər də insanlar birlikdə ələ alınmışdırlar. Məsələn, bir ayədə belə deyilir: “Allah insanı bişmiş bir palçıqdan yaratdı. Cini də xalis bir oddan (maric bir nardan) yaratdı.” (Rəhman surəsi, 55/14-15.)

Bu ayədəki “xalis od” və ya “odun özü” olaraq tərcümə edə biləcəyimiz “مِنْ مَارِجٍ مِنْ نَارٍ / min maricin min nar” ifadəsinə istinad edərək cinlərin odla olan əlaqələrinə dair qəti bir hökm verməyimiz mümkün deyil. Çünki biz bu ayədə haqqında danışılan مَارِجٍ / maric və نَارٍ / narın(od) keyfiyyətini tam olaraq bilmirik ki, qəti bir hökm verə bilək. Ancaq bura bir gerçəkdir ki, cinlər “nar”dan yaradılmışdırlar.

Bu çərçivədə Quran insanların isə torpaqdan yaradıldığını bildirir. Bu insanların maddəsini meydana gətirən ünsürlərin torpaqda var olduğunu göstərir. Bu halda insanların bu halı ilə torpağa nisbəti və ya bənzərliyi necədirsə, cinlərin də oda olan nisbətlərinin o qədər olduğunu deyə bilərik.

Məsuliyyətləri baxımından insanlarla olan bənzərliklərinə gəlincə: Cinlər də eynilə insanlar kimi qulluq üçün yaradılmışdırlar. Necə ki bir ayədə Allah (c. c.) “Mən cinləri və insanları mənə qulluq etsinlər deyə yaratdım.” (Zariyat surəsi, 51/56.) buyurmaqdadır.[i] Və yenə cinlər də insanlar kimi Allah ilə həmsöhbət olan iradəli varlıqlardır. Onlara da əmr və qadağanları ehtiva edən ilahi xəbərlər gəlmişdir. Bu səbəbdən onlar da bu hökmlərə görə məsuliyyət daşıyırlar. Rəhman surəsində istər “ey cin və ins camaatı …”[ii] şəklindəki ifadə ilə ilahi xitaba birlikdə ünvan olmaları, istərsə də “elə isə Rəbbinizin hansı nemətini yox saya bilərsiniz”[iii] ayələri ilə məsuliyyətlərinin bir yerdə xatırladılması bu xüsusu kifayət qədər işıqlandırıcı mahiyyətdədir.

Cinlər qeybi bilməzlər. Onların qeybi bilmədiklərini Quran,-əmri altında işlədikləri Hz. Süleymanın (ə.s.) vəfatından söz açdığı- bir ayəsində belə bəyan edir:

“Süleymanın ölümünə hökm etdiyimiz vaxt (onlar onun ölümünü fərq etməmişdilər) onun ölümünü onlara ancaq (söykəndiyi) əsasını yeyən bir ağac qurdu fərq etdirdi. O ölmüş olaraq yerə yıxıldıqda aydın oldu ki, cinlər qeybi bilmiş olsaydılar özlərini alçaldan bir əzab içində qalmağa davam etməzdilər.” (Səba’ surəsi, 34/14. )[iv]

Cinlərlə əlaqəli son olaraq vurğulanmalı olan bir xüsus da budur: Cinlər bizim görüş sahəmizdə olan varlıqlar deyildirlər. Bu halda bizim onları əsl mahiyyətləri ilə görməyimiz mümkün deyil. Bizim tərəfimizdən görülən, onların təməssül etmiş (yəni bizim qəbul edə biləcəyimiz bir ölçüyə girmiş) şəkilləridir. Cinlər insan surətində görünə bildikləri kimi digər canlılar şəklində də təməssül etmə qabiliyyətinə sahibdirlər. Necə ki Peyğəmbər Əfəndimizin (s.ə.s.) müxtəlif hədislərində -evlərdə görülən ilanlara işarə ilə- əvvəlcə “Cinsənsə çıx get!” deyilməsini tövsiyə etməsi, əgər çıxmazsa, bunun ardınca öldürülmələrini əmr etməsi[v] bu gerçəyə işıq tutan bir dəlildir.



[i] Burada cinlərin inasnlardan öncə sadalanmağı, insanlardan öncə yaradıldıqlarına bir işarət ola bilər

[ii] Rəhman surəsi,55/53, Ənam surəsi, 6/130

[iii] Rəhman surəsi, 55/34

[iv] Cinlər dəyoişik işlərdə işlədilmək üzrə Hz. Süleymanın(a.s.) əmrinə verilmişdi. Onlar da özlərini üztün zənnedərək gördükləri işləri “alçaldıcı əzab” sayırlardı.Süleyman peğəmbər vəfat etməsinə baxmayaraq onlar ayaqda dik duran onun cansız bədənini fərq etməmişlərdi. Buradan cinlərin qeybi bilmədikləri hökmünü çıxara bilərik.

[v] Müslim, Salam 139, Əbu Davud, Ədəb 174




Şərh yaz

*