Aylıq namaz vaxtları
16. 895 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Cadu və sehir barədə məlumat almaq istərdim. Məsələn, cadu ilə ər-arvadın arasını vurmaq mümkündürmü? Ümumiyyətlə bu kimi şeylər insanlara zərər verə bilərmi?

 Cavab: Qurani-Kərimdə belə buyrulur: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehir öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər…” (Bəqərə, 2/102). Ayədə  Harut və Marut haqqında təfsilatlı məlumat verilməmişdir. Tarix və təfsir kitablarında təfsilatlı məlumatlar ehtiva edən rəvayətləri isə əksər alimlər uydurma hesab etmişlər. Yuxarıda qeyd edilən ayədəki mütəvatir qiraət “mələkeyn” (iki mələk) olmaqla yanaşı, İbn Abbas və digər bəzi alimlər bu kəlməni “məlikeyn” (iki kral) şəklində oxuyaraq Harut və Marutun insan olduqlarını söyləmişlər. Bəzi alimlər də iki şeytan və ya cin qəbiləsi olduğu fikrini irəli sürmüşlər. Təfsirçilərin əksəriyyəti Harut və Maruta nazil edilənin sehir (cadu) olduğunu söyləmişlər. Lakin bəzi təfsirçilər bu ayədəki “…nazil olanları…” kimi tərcümə edilən “…və mə unzilə…” ayəsindəki “mə” kəlməsini inkar ədatı kimi qəbul edərək həmin ayəni “…Harut və Marut adlı iki mələyə nazil edilmədi…” kimi başa düşmüşlər. Belə olan təqdirdə ayədəki iki mələkdən məqsəd “Cəbrail və Mikail” olduğu fikri irəli sürülür. Çünki yəhudi sehirbazlar Allahın Süleymana sehri Cəbrail və Mikail vasitəsilə nazil etdiyinə inanırdılar. Məhz bu ayədə Allah təala bunu təkzib etmiş və Cəbrail və Mikailin əsla sehir endirmədiyini bildirmişdir. Bəzi alimlərə görə də buradakı Harut və Marut insan adlarıdır. Beləliklə də yəhudilərin iddiaları rədd edilmişdir (Təbəri Təfsiri). Soruşulan sual baxımından vuğulamaq lazımdır ki, ayədə Harut və Marutun öyrətdikləri şeyin “sehir (cadu)” olduğu ifadə edilməmişdir. Bunun əksinə insan və cin şeytanlarının insanlara sehir öyrətdiklərini, bir də o iki mələyə bildiriləni öyrətdikləri qeyd olunur. Buradan da məlum olur ki, Allahın bildirdiyi bilgi sehir deyil başqa bir bilgidir. Həmin bu bilgini və sehri ər-arvadın arasını pozmaq üçün istifadə edənlər pis niyyətli insanlardır. Həmçinin ər-arvadın arasını pozan da cadu deyil, cadugərlərdir, onların təlqinləridir və cəhdləridir. Yəni Qurani-Kərim “cadu ər-arvad arasını pozar” da deməmişdir. Bundan əlavə ayədə qeyd edilən “…onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər…” ifadəsini “Allah izn verərsə sehir (cadu) zərər verər” kimi anlamaq da düzgün deyildir. Ona görə də onlar istədikləri üçün insanlara təsir etməz, yalnız Allah istəyərsə (istəsəydi, yəni belə bir qanun qoysaydı) zərər verərdi. Deməli Allah buna izn verməmişdir və heç kimə zərər verə bilməz kimi anlamaq daha düzgündür. Lakin bu ayədən başqa Fələq və Nas surələrinin təfsirində və müxtəlif hədis kitablarının (məsələn Buxarinin) Tibb və Yaradılış bölmələrində rəvayət edilən bir hədisə görə yəhudilər Hz. Peyğəmbərə (səs) cadu etmişlər və o da bundan təsirlənmişdir. Sözü gedən hədis qarşısında müsəlman alimlərin müxtəlif fikirləri vardır. Belə ki, Mötəzilə alimləri Peyğəmbərin (səs) cadudan təsirlənməsinin peyğəmbərlik və vəhy baxımından şübhəyə səbəb olacağı üçün bu hədisin səhih olmadığını söyləmişlər və ayədə də bunun ziddi qeyd olunur (İsra, 17/47). Sünni alimlər isə hədisin səhih olduğunu, lakin cadunun təsirinin baş ağrısı kimi peyğəmbərliyə zərər verməyən ölçüdə bir təsir göstərdiyini və qarşısının alındığını irəli sürmüşlər. Ancaq hədisin bəzi rəvayətlərində “bir işi etmədiyi halda etmiş kimi gəldiyi, xəyal etdiyi” ifadəsini nəzərə alsaq, cadunun həqiqi və fiziki təsiri olmadığını, xəyali olduğu fikri ortaya çıxır. Bundan əlavə elm (dəqiq bilgi) və etiqadi mövzularda mütəvatir olmayan hədislər etibarlı olmadığına görə, bu hədisi də etiqad mövzusunda qəti bir dəlil kimi istifadə etmək düzgün deyildir. Belə olan təqdirdə cadunun təsiri mövzusunda vəhylə bildirilən açıq bir dəlil yoxdur.

Dr. Anar Qurbanov

Mərmərə Unv. İslam hüququ



Açar sözləri

ara vurmaq cadu

Bənzər məqalələr

Sehr və cadudan necə qorunmalı?

Sual: Elə insanlar var ki, qarşılaşdıqları bir çox hadisəni − ən xırda çətinlikləri belə cadu ilə əlaqələndirir, özlərinə cadu edildiyini düşünür, bundan qurtulmaq üçün qapı-qapı gəzərək “nəfəsi qüvvətli” adam axtarırlar. Bizim əqidəmizə görə bu nə dərəcədə doğrudur? Cavab: Metafizik varlıqların gücündən istifadə edərək insanlara zərər yetirmək, aldatmaq və ya gəlir qazanmaq məqsədilə edilən gözbağlayıcılıq və […]

Rəsulullaha (s.ə.s) cadu edilmişdirmi?

Əksər İslam alimlərinə görə, sehr və ya cadu həqiqətən var və onun bəzi növləri fiziki, yəni maddi dünyaya təsir imkanlarına malikdir. Ancaq bu, sehrbazın deyil, onun səbəbləri yerinə yetirməsi nəticəsində Allahın yaratdığı təsirdir.

Cadu etməyin və etdirməyin hökmü nədir?

Gələcəkdən xəbər vermə, falçılıq və cindarlıq kimi fəaliyyətlərin ən ağırı cadugərlikdir. Cadu kəlməsi ovsun, sehr və cindarlıq fəaliyyətlərini əhatə edən, insana ruhi və psixoloji cəhətdən öz təsirini göstərərək, təbiət qanunlarına zidd hadisələr meydana gətirmə və insanları yanıltma sənətinin adıdır. Qurani-Kərimdə müxtəlif peyğəmbərlərin sehrbazlıqla ittiham olunduqları, vəhyin bir sehr və peyğəmbərlərin də sehrbaz olmadığı, Hz. Məhəmmədə […]

Cadu olunan şəxsə oxunan dualar

Cadu olunan, sehr edilən, cin çarpan şəxslərə Qurandan seçilən bu duaları oxumaq faydalıdır.

Cadu və cadunun aradan qaldırılması yolları

Sehr və ya cadu xəbis niyyətlə, yaxud mənfəət məqsədi ilə metafizik qüvvələrdən istifadə etmək deməkdir.


Şərh yaz

*