Aylıq namaz vaxtları
5. 924 dəfə oxunub ,   0 şərh   Çap et

 

Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) azanı eşidən şəx­sin onu müəzzinlə birlikdə təkrar etməsini, müəzzin:

حَىَّ عَلَى الصَّلَاةِ وحَىَّ عَلَى الْفَلَاحِ

 “hayyə aləs-salah və hayyə aləl-fəlah” deyəndə isə:

لاَ حَوْلَ وَ لاَ قُوَّةَ اِلاَّ بِاللَّهِ

“Lə havlə vələ quvvətə illə billəh (güc və qüdrət ancaq Allahındır)” deməsini tövsiyə etmişdir.[1]

Azandan sonra müəzzin və azanı eşidənlərin bu duanı oxuması çox savabdır:

اَللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلاَةِ القَائِمَةِ آتِ  مُحَمَّداً الْوَسِيلَةَ وَالْفَضِيلَةَ  وَابْعَثْهُ مَقَاماً مَحْمُوداً الَّذِى وَعَدْتَهُ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيْعَادَ

 “Ey bu uca dəvətin və namazın sahibi Allahım! Məhəm­mə­də vəsilə (Cənnətdə bir məqamın adı) və fəzilət ver. Onu vəd etdiyin uca məqama çatdır. Çünki Sən verdiyin sözdən əsla dönməzsən”.[2]

İstəyənlər bu duanı da oxuya bilər:

رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِمُحَمَّدٍ رَسُولاً, وَبِالْإِسْلامِ دِينًا

اَشْهَدُ اَنْ لاَ اِلَهَ اِلَّا اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ

“Bəli, mən də şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. Məhəmməd Onun qulu və Rəsuludur. O, təkdir, şəriki və bənzəri yoxdur. Mən Rəbb olaraq Allahdan, Peyğəmbər olaraq Məhəmməddən və din olaraq isə İslamdan razı oldum” deyənin günahları bağışlanar,” – buyurmuşdur.[3]



[1]. Buhari, Ezan. 7; Müslim, Salat, 12

[2]. Buhari, Ezan, 8; Müslim, Salat 11

[3]. Müslim Salat 13

 



Açar sözləri

azan duası

Şərh yaz

*