Aylıq namaz vaxtları
1. 879 dəfə oxunub ,   1 şərh   Çap et

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır. Təbii ki, eyni şeyi uşaq məsələsi üçün də demək olar.

Uşağı olmayan ailələri iki kateqoriyaya bölmək olar: birincisi, öz iradələri ilə uşaq sahibi olmaq istəməyən ailələr, ikincisi, bioloji səbəblərlə uşaq sahibi ola bilməyən ailələr…

Uşaq sahibi olmaq istəməyən ailələrdə ən böyük problem tərəflərdən birinin uşaq istəməsi, digərinin isə istəməməsidir. Bela hallarda ikinci tərəfin nə üçün uşaq sahibi olmaq istəməməsinin səbəbləri araşdırılmalı və ancaq bundan sonra məsələnin həllinə “start verilməlidir”. Bioloji səbəblərlə uşaq sahibi ola bilməyən ailələr isə, ilk növbədə, tibbi vasitələrə müraciət etməlidirlər.

Digər tərəfdən, tərəflərin uşaq sahibi olmaq istəməmələrinin məntiqli səbəbləri olduğu kimi, uşaq sahibi olmaq istəmələrinin də məntiqli səbəbləri olmalıdır. Yəni, tərəflər sırf ata və ya ana olmaq üçün uşaq sahibi olmaq istəməməlidirlər. Çünki bu münasibət həm valideyn üçün, həm də uşaq üçün təhlükəli ola bilər.

Uşaq sahibi olmaq istəyən və ola bilməyən valideynlər çox vaxt ümidsizliyə qapılır və bu ümidsizliklərini öz mövqelərində də nümayiş etdirirlər. Tərəflər bu mövqelərini ya birbaşa səbəbini izah edərək nümayiş etdirir (məsələn, “Madam ki, uşağımız yoxdur, deməli bu evliliyin də bir mənası yoxdur” kimi), ya da başqa porblemlərin fonunda ön plana çıxarmağa çalışırlar. Bundan başqa, evlilik həyatında müxtəlif problemlər yaşayan və bu problemləri “ört-basdır” edərək, uşağının olmamasını bəhanə gətirən tərəflər də var.

Əslində uşağın olmaması evlilik üçün ciddi bir problem deyil. Bunu problemə çevirən tərəflər qarşılıqlı şəkildə oturub öz mövqelərini bildirməli və ortaq bir məxrəcə gəlməlidirlər. Digər tərəfdən, uşaq sahibi olmaq istəyən tərəflər məsələyə ümumi prizmadan yanaşmamalı və nə üçün uşaq sahibi olmaq istədiklərini konkretləşdirməlidirlər. Çünki əgər bu məsələdə konkretlik olsa, tərəflər bunun əksi olduqda da problemi daha asan həll edə bilərlər.

Digər tərəfdən, başqa vəziyyətlərdə olduğu kimi, burada da qarşılıqlı anlaşma çox vacibdir. Əks halda, bioloji səbəblərlə uşaq sahibi ola bilməyən tərəflərin gərginlik yaşaması və bu gərginliyin evliliyə təsir göstərməsi labüddür. Bu mənada əgər tərəflər problemlərini həll edə bilməyəcəklərinə inanırlarsa, bir mütəxəssisə də müraciət edə bilərlər.

Yazı “Ailəm” jurnalından götürülmüşdür.



Açar sözləri

aile övlad uşaq

Bənzər məqalələr

Uşaq əmizdirən qadın oruc tutmalıdır?

Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Ana bətnində uşağın hissiyyatı

Uşaq tərbiyəsi ana bətnində ikən başlayır. Rüşeymin formalaşmağa başladığı andan etibarən valideynlərin hərəkət və davranışları dünyaya gələcək körpənin xarakterinin formalaşmasına birbaşa təsir edir. Nə qədər uşaq var ki, doğulub böyüdükləri mühit və valideynlərin məsuliyyətsizliyi ucbatından göz açdıqları andan bədbəxt olurlar.

Necə ad qoymalı?

Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.


1 şərh yazılıb
  1. gunes , 11/02/2015 tarixində, saat 19:02

    bu metne gore tesekkur edirem

Şərh yaz

*