1. 170 dəfə oxunub ,   0 şərh   Çap et

 Hənəfi məzhəbinə görə, bilərzik, boyunbağı, üzük, qızıl və gümüşdən hazırlanmış zinət əşyaları nisab miqdarına (85 qram qızıl və ya 595 qram gümüş) çatırsa, zəkatı verilməlidir. Ancaq qadınların qızıl və gümüşdən başqa, zinət əşyası kimi istifadə etdikləri almaz, zümrüd, inci, yaqut və s. şeylər zəkata daxil deyil.

Həmçinin dinimizdə istifadəsi caiz olmayan qızıl, gümüş qab-qacaq, tas, çömçə kimi əşyalar və ya bəzəklərdə işlədilən qızıl və gümüş nisab miqdarına çatırsa, zəkatı verilməlidir.[1]

 


[1]  Vəhbə Zuheyli, a.ç.e., 3/278; Yusif Qardavi, “İslam Hüququnda Zəkat”, 1/337.

 



Açar sözləri

zəkat

Bənzər məqalələr

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Varlılar kasıblardan üstündürlərmi?

İslam, ehtiyac sahibi bir şəxsin  başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.

Kimlər zəkat verməlidir?

Zəkatın fərz olmasının şərti: həddi-büluğa çatmaq, əqli cəhətdən sağlam və azad olmaq, nisab miqdarında mala malik olmaq.

Zəkat nədir?

Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir.


Şərh yaz