- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Yuxu

 

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إِذَا اقْتَرَبَ الزَّمَانُ لَمْ تَكَدْ رُؤْيَا الْمُؤْمِنِ تَكْذِبُ، وَرُؤْيَا الْمُؤْمِنِ جُزْءٌ مِنْ سِتَّةٍ وَأَرْبَع۪ينَ جُزْءً مِنَ النُبُوَّةِ»

وَف۪ي رِوَايَةٍ:« أَصْدَقُكُمْ رُؤْيَا أَصْدَقُكُمْ حَد۪يثًا»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Qiyamətə yaxın möminin yuxusu yalan olmaz. Möminin yu­xusu peyğəmbərliyin qırx altı hissəsindən biridir. Sizin ən sadiq (doğru) yuxu görənləriniz ən doğru danışanlarınızdır”. [Buxari, Təbir 26; Müslim, Röya 6]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «مَنْ رَآن۪ي فِي الْمَنَامِ فَسَيَرَانِي فِي الْيَقَظَةِ أَوْ كَأَنَّمَا رَآن۪ي فِي الْيَقَظَةِ لَايَتَمَثَّلُ الشَّيْطَانُ بِي»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:  “Məni yuxuda görən insan (birbaşa özümü görmüş sayılır), oyaq olanda da (yəni axirətdə) elə görəcək, yaxud sanki, məni oyaq ikən görüb, çünki şeytan mənim surətimə girə bilməz”. [Buxari, Elm 38; Təbir 10; Müslim, Röya 11]

 عَنْ أَب۪ي قَتَادَةَ  قَالَ: قَالَ النَّبِيُّ: «اَلرُّؤْيَا الصَّالِحَةُ (وَف۪ي رِوَايَةٍ الرُّؤْيَا الْحَسَنَةُ) مِنَ اللّٰهِ، وَالْحُلُمُ مِنَ الشَّيْطَانِ، فَمَنْ رَأٰى شَيْئًا يَكْرَهُهُ فَلْيَنْفُثْ عَنْ شِمَالِهِ ثَلَاثًا وَلْيَتَعَوَّذْ مِنَ الشَّيْطَانِ فَإِنَّهَا لَا تَضُرُّهُ»

Əbu Qatədənin (r.a.) rəvayət etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Saleh, yaxud gözəl yuxu Allahdandır. (Şərin və çirkin şeylərin təsiri ilə görülən) yuxu isə şeytandandır. Kim xoşuna gəlməyən bir yuxu görsə, sol tərəfinə üç dəfə üfürsün (“tüf”, “tüf” desin) və şeytandan Allaha sığınsın. Belə edərsə, həmin yuxu ona bir zərər verməz”. (Buxari, Təbir 4; Müslim, Röya 1)

 عَنْ وَاثِلَةَ بْنِ الْأَسْقَعِ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إِنَّ مِنْ أَعْظَمِ الْفِرٰى أَنْ يَدَّعِيَ الرَّجُلُ إِلٰى غَيْرِ أَبِيهِ، أَوْ يُرِيَ عَيْنَهُ مَالَمْ تَرَ، أَوْ يَقُولَ عَلٰى رَسُولِ اللّٰهِ  مَا لَمْ يَقُلْ»

Vasilə ibn əl-Əsqa (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir: “Bir insanın nəslini, soyunu atasından qeyri adama istinad etməsi, görmədiyi yuxunu görmüş kimi danışması və Allah Rəsuluna (s.ə.s.) aid olmayan bir sözü Ona istinad etməsi, şübhəsiz, ən böyük iftiralardandır”. [Buxari, Mənaqib 5]