1. 836 dəfə oxunub ,   0 şərh   Çap et

Hər birimiz gününün üçdə birini yuxuda keçirir. Ömrü qəflətlə hədər etməmək üçün yuxunu da qiymətləndirmək lazımdır. Çox əsər yazan böyük şəxsiyyətlərin həyatına nəzər salanda onların az yatıb çox çalışdığını görürük. Az yatanlar çox yatanlara nisbətən daha enerjili, hərəkətli və ictimai işlərdə fəal olurlar. Az yatanlar həyatdan daha çox zövq alır, insanlarla daha yaxşı münasibət qururlar. Yuxunun azaldılması həyatın, işlərin, zehnini, qabiliyyətini səmərliliyini artırır. Qəflətlə yatıb qəflətlə oyanmaq bir Müsəlmana yaraşmaz. Bu baxımdan aşağıdakı məsələlərə diqqət yetirmək vacibdir:

1. Yatağa girmədən öncə dəstəmaz almaq lazımdır. Əbu Üma­mə (radiyallahu anh) Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Kim yatağına təmiz (dəstəmazlı) girib yuxuya gedənə qədər Allahı zikr edib, gecənin bir vaxtında da oyanıb Allahdan dünya və axirət adına bir şey istəsə, Allah-Təala ona istədiyini mütləq verər”[1]

2. Yatmadan əvvəl və oyandıqdan sonra dişləri misvaqlamaq (təmizlənək) sünnətdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) gecə (namaza) qalxanda mütləq dişlərini misvaqla təmizləyərdi.[2] O (sallallahu əleyhi və səlləm), gecə və gündüz yatanda və qalxanda da, dəstəmaz almamışdan qabaq da dişlərini mütləq misvaqlayardı.[3]

3. Yatanda gecə ibadət etməyə qalxmaq üçün niyyət etmək lazımdır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur: “Sizə gecə qalxmağı tövsiyə edirəm. Çünki o, sizdən əvvəl yaşa­mış salehlərin adəti, Rəbbinizə yaxınlıq vasitəsidir. Günahlardan qo­ruyur, pis əməllərə kəffarə olur, vücuda xas narahatlıqları  uzaq­laşdırır”[4] Başqa bir hədisində isə buyurur: “Allah gecə qalxıb namaz qılan və xanımını oyadan, xanımı oyanmaq istəməsə, üzünə su töküb oyadan quluna bol mərhəmət lütf etsin. Allah gecə qalxıb namaz qılan, ərini oyadan, əri oyanmaq istəməsə, üzünə su töküb oyadan qadına bol mərhəmət lütf etsin.”[5]

4. Gecə oyanacağına əmin olmayanın vitr namazını yatmazdan əvvəl qılması daha yaxşıdır. Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurur: “Kim gecə qalxa bilməyəcəyinə əmin deyilsə, vitri qılıb yatsın. Kim gecənin sonunda qalxa biləcəksə, vitri onda qılsın. Çünki gecənin sonunda qılınan namaz (gecə və gündüz mələklərinin hüzurunda və şahidliyi ilə qılındığı üçün) məşhud və məhzurdur (rəhmət mələkləri hazır olur). Bu səbəbdən (gecənin sonunda qılınan namaz gecənin başında qılınandan) daha fəzilətlidir”[6]

5. Əgər yata bilməməkdən şikayətləniriksə, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu tövsiyəsinə əməl etməliyik.

Bir gün Xalid ibn Vəlid əl-Məhzumi (radiyallahu anh): “Ey Allahın Rəsulu, bu gecə heç yata bilməmişəm” – dedi. Rəsulullah (sallallahu əleyhi və səlləm) da ona belə tövsiyə  etdi: “Yatağına girəndə bu duanı oxu: “Ey yeddi qat səma və onların kölgələdiklərinin Rəbbi,  ey ərzlərin və onların gəzdirdiklərinin Rəbbi, ey şeytanların və onların azdırdıqlarının Rəbbi! Bütün bu məxluqlarının şərindən məni himayə et. Et ki, heç birinin qəfl hücumu ilə üzləşməyim. Sən kimi qorusan, əziz olar. Sənin tərifin alidir, Səndən başqa ilah yoxdur, yalnız Sənsən yeganə ilah!”[7]

6. Yatanda ixlas və müavvizəteyn (“Fəlaq” və “Nas”) surələri oxunmalıdır. Həzrəti Aişə (radiyallahu anh) Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yerinə girəndə müavvizəteyn və “İxlas” surələrini oxuduğunu, əllərini üzünə və vücuduna sürtdüyünü və bunu üç dəfə təkrar etdiyini nəql edir. Xəstələnəndə də eyni şəkildə özünə oxunmasını istəmişdir.[8]

7. Yatmaq ədəbi ilə bağlı Əbu Hureyrə (radiyallahu anh) nəql edir:  “Rəsulullah (sallallahu əleyhi və səlləm) ağzı üstə yatan bir adam görüb belə dedi: “Allah-Təala bu cür yatmaqdan xoşnud olmur!”[9]

Səhər yuxudan qalxanda:

1. Yuxudan qalxan kimi Allahı xatırlamaq.

2. Vəziyyətə uyğun geyinmək.

3. Dəstəmaz alıb namazı vaxtında və qüsursuz qılmaq.

4. Ruzinin Allah-Təala (cəllə cəlaluhu) tərəfindən verildiyinə inanaraq halal ruzi istəmək.

5. Allaha (cəllə cəlaluhu) tam təvəkkül etmək.

6. Onun verdiyi bütün nemətlərə şükür etmək.

7. Halal qazanıb, halal yemək.

Hər səhər  “özümün və ailəmin ruzisini halal yolla qazanıb heç kimə möhtac olmamaq, ibadətlərimi Allah (cəllə cəlaluhu) rizasına uyğun yerinə yetirmək və insanlığa xidmət etmək üçün işə gedirəm” deyə niyyət etməliyik. Evdən çıxanda da: “Allahın (cəllə cəlaluhu) adını anaraq (evdən çıxıram), Allaha (cəllə cəlaluhu) təvəkkül et­dim, (Hər cür) qüvvət və qüdrət yalnız Ulu Allahın (cəllə cəlaluhu) yardımı ilədir,”[10] – deyə dua edilməlidir.


[1]. Tirmizi, Daavat 100, (3525).

[2]. Buxari, Cümə 8, (2, 212), Vudu 73, Təhəccüd 9; Müslim, Təharət 45, (254); Əbu Davud, Təharət 30, (55); Nəsayi, Təharət 2, (1, 8).

 [3].  Əbu Davud, Təharət,  27, 30, (51, 56, 57); Müslim, Təharət 45, (253); Nəsayi, Təharət,  8, (1,13).

[4]. Tirmizi, Daavat 112, (3543, 3544).

 [5].  Əbu Davud, Səlat 307, (1308); Nəsayi, Qiyamül-Leyl  5, (3, 205).

 [6]. Müslim, Müsafirin 162, (755); Tirmizi, Səlat 334, (465).

[7]. Tirmizi, Daavat  96, (3518)

 [8]. Buxari, Fədailul-Quran 14, Tibb, 39, Dəavat 12; Müslim, Salam 50, (2192), Müvatta, Ayn 15, (2, 942); Tirmizi, Daavat 21, (3399); Əbu Davud, Tibb 19, (3902).

 [9]. Tirmizi, Ədəb 21, (2769)

 [10]. Tirmizi, Daavat 34.



Açar sözləri

ədəb yatmaq yuxu

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Yusuf surəsi və röya təbiri

Röya əsrlər boyu insanlara ən çox diqqətini, marağını cəlb edən mövzulardan biridir. Ən qədim dövrlərdən bəri yuxuların mahiyyətini araşdırmışlar. Röyan, “misal aləmindəki qədərlə əlaqəli lövhələrin, eyniylə və ya fərqli formada yuxu halında ruhumuza əks etməsidir.”

Yuxu və beynin istirahəti

Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitlə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii-fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Yuxugörmə hadisəsi necə baş verir?

Yuxuda hərəkətsiz bədənimizlə görən, gəzən və danışan kimdir? Gecələr yuxuya dalırıq. Göz qapaqlarımız bağlanır, qulaqlarınız eşitmir, diliniz lal olur, əlimiz tutmur və ayağımız yerimir. Əgər yuxuda olarkən yanımızda kimsə danışsa onu görmür, danışdığını isə eşitmirik. Onun da, bizim yuxuda gördüklərimizdən, hiss edib yaşadıqlarımızdan xəbəri olmur. İnsan çox vaxt ancaq yatdığını və oyandığını bilir. Yatarkən gözü bağlı qaranlıqlara dalmış kimi olur və heç nə görmədən dünyaya qayıdır.


Şərh yaz