- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Xristianlar cənnətə girə bilərmi?

İslam dininə görə, “Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah (Allahdan başqa ilah yoxdur, həzrət Muhamməd (s.ə.s) Allahın elçisi, peyğəmbəridir.)” deməyən, bu həqiqətə inanmayan cənnətə girə bilməz. Xristianların və digər qeyri-müsəlmanların uşaqları həddi-büluğa çatmadan ölərsə mükəlləf olmadıqları üçün bəlkə də cənnətə girə bilərlər. Mükəlləf xristianlar, əgər fətrət dövründə yaşamayıblarsa Allahı və Rəsulullahı (s.ə.s) qəbul etmədikcə cənnətə girə bilməzlər. Fətrət əhlidirlərsə, “…biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” (İsra surəsi, 17/15) ayəsindən hərəkətlə fətrət əhlinin qurtulacağını deyən alimlər var. Zamanımızda isə fətrət dövrünün davam etdiyi fikri üstünlük təşkil edir. Lakin kimin əhli-fətrət olub-olmadığını bilmək normal şərtlərdə çox çətindir. Günümüzdə fətrət dövrünün davam etdiyini söyləyən alimlər var. Onların mülahizələrinə görə, qeyri-müsəlmanlar informasiya cəmiyyətinin inkişafıyla çoxlu məlumat əldə edə bilərlər. Amma hər şey oxuyub yazmaqla öyrənilmir. İslamı qəbul etməkdə təmsil böyük əhəmiyyətə mailkdir və anlatmaqdan daha təsirlidir. Əfususlar olsun ki, bu gün cəmiyyətlərdə İslam haqqında mənfi fikirlər formalaşdırılıb. Müsəlmanı terrorçu, iqtisadi inkişafdan məhrum, elm və texnologiyadan uzaq insan kimi tanıtmağa çalışıblar. Sanki insanlar doğru olan dindən uzaqlaşaraq “öz anladıqları islamı” yaşamağa başlayıblar. Elə bu faktor bəzən böyük kütlələrin İslamdan uzaqlaşmasına səbəb olur. Ona görə də biz müsəlmanlar öz nöqteyi-nəzərimizdən məsələyə baxmalı, niyə onlara həqiqi dini çatdıra bilmirik deyə düşünməliyik.

Bəlkə də qeyri-müsəlman millətlərdən olan insanlar Rəsulullahı (sallallahu aleyhi və səlləm) tanımasa da Allahın varlığı və birliyini qəbul edir, gözəl əxlaq sahibidirsə qurtula bilər. Ən doğrusunu Allah bilir.