2. 306 dəfə oxunub ,   0 şərh   Çap et

 

فَلَا يَأْمَنُ مَكْرَ اللّٰهِ إلَّا الْقَوْمُ الْخَاسِرُونَ

Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz! {“Əraf” surəsi, 7/99}

إنَّهُ لَا يَيْأَسُ مِنْ رَوْحِ اللّٰهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ

Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! {“Yusuf” surəsi, 12/87}

إنَّ رَبَّكَ لَسَر۪يعُ الْعِقَابِ وَإنَّهُ لَغَفُورٌ رَح۪يمٌ

Həqiqətən, Rəbbin dilədiyinə tezliklə cəza verər, amma O, həm də bağışlayandır, rəhm edəndir! {“Əraf” surəsi, 7/167}

إِنَّ الْأَبْرَارَ لَف۪ي نَع۪يمٍ  وَإِنَّ الْفُجَّارَ لَف۪ي جَح۪يمٍ

Həqiqətən, yaxşı əməl və itaət sahibləri (möminlər) Cənnətdə qərar tutacaqlar. Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar. {“İnfitar” surəsi, 82/13-14}

فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَاز۪ينُهُ  فَهُوَ ف۪ي ع۪يشَةٍ رَاضِيَةٍ  وَأَمَّا مَنْ خَفَّتْ مَوَاز۪ينُهُ  فَأُمُّهُ هَاوِيَةٌ

(O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə (Cənnətdə) xoş güzəran içində olacaq! Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır! {“Qariə” surəsi, 101/6-9}

 عَنْ جَابِرِ بْنِ عَبْدِ اللّٰهِ  أَنَّهُ سَمِعَ النَّبِيَّ  قَبْلَ مَوْتِهِ بِثَلَاثَةِ أَيَّامٍ يَقُولُ: «لَا يَمُوتَنَّ أَحَدُكُمْ إِلَّا وَهُوَ يُحْسِنُ الظَّنَّ بِاللّٰهِ »

Cabir ibn Abdullah (r.a.) demişdir:

“Allah Rəsulunun (s.ə.s.) vəfatından üç gün əvvəl belə dediyini eşitdim: “Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün”. [Müslim, Cənnət 81]

İzah: Mömin həyatını xövf və rica (qorxu və ümid) arasında keçirməklə mükəlləfdir. Ancaq ölümün nəfəsi hiss ediləndə, yəni son anlarında Allahın mərhəmətini umaraq ruhunu rica duyğusu ilə təslim etməyə çalışmalıdır.

 عَنْ أَنَسٍ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «قَالَ اللّٰهُ تَعَالٰى: يَا ابْنَ آدَمَ إِنَّكَ مَا دَعَوْتَنيِ وَرَجَوْتَنيِ غَفَرْتُ لَكَ عَلٰى مَا كَانَ مِنْكَ وَلَا أُبَالِي، يَا ابْنَ آدَمَ لَوْ بَلَغَتْ ذُنُوبُكَ عَنَانَ السَّمَاءِ ثُمَّ اسْتَغْفَرْتَنيِ غَفَرْتُ لَكَ، يَا ابْنَ آدَمَ إِنَّكَ لَوْ أَتَيْتَنِي بِقُرَابِ الْأَرْضِ خَطَايَا، ثُمَّ لَق۪يتَنيِ لَا تُشْرِكُ ب۪ي شَيْئًا لَأَتَيْتُكَ بِقُرَابِهَا مَغْفِرَةً»

 Hz. Ənəs (r.a.) demişdir:

“Allah Rəsulu (s.ə.s.) bir qüdsi hədisdə Uca Allahın belə buyurduğunu bildirmişdir: “Ey insan oğlu! Nə qədər ki ümid hissi ilə Mənə dua edib əfv umacaqsan, işlədiyin günahların sayına baxmadan səni bağışlayacağam.

Ey insan oğlu! Sən Məndən bağışlanma diləsən – günahların bütün səmanı tutsa da – əfv edərəm.

Ey insan oğlu! Sən Mənə şərik qoşmamaq və şirkə bulaşmamaq şərti ilə dünya qədər günahla gəlsən, Mən də səni dünya qədər məğfirətlə (əfvlə) qarşılayaram”. [Tirmizi, Dəavat 98]

 عَنِ ابْنِ مَسْعُودٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «اَلْجَنَّةُ أَقْرَبُ إِلٰى أَحَدِكُمْ مِنْ شِرَاكِ نَعْلِهِ وَالنَّارُ مِثْلُ ذٰلِكَ»

İbn Məsud (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Cəhənnəm də Cənnət kimi sizə ayaqqabınızın bağından ya­­­xın­­dır” (yəni iman, əməl, niyyət və qulluqda diqqətli olun, aya­ğınız yoldan azmamasına diqqət edin). [Buxari, Riqaq 29]



Açar sözləri

rica xövf

Şərh yaz