6. 882 dəfə oxunub ,   0 şərh   Çap et

 

 لاَ بَأْسَ عَلَيْكَ طَهُورٌ اِنْ شَاءَ اللَّهِ

 “Zərəri yoxdur, inşallah (günahlarını) təmizləyər”.[1]

أَسْأَلُ اللَّهُ العَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ اَنْ يَشْفِيَكَ

 “Ərşin sahibi Uca Allahdan (Kərim olan Rəbdən) sənə şəfa diləyirəm”. (Bu dua yeddi dəfə oxunur)[2]

Ölüm ayağında olanın yanında oxunan dualar

Ölüm ayağında olan insanı sağa döndərib üzünü qibləyə çe­virmək sünnətdir. Əgər xəstəyə əziyyət olarsa, etməmək olar.

Ölüm ayağında olan insanın yanında “Yasin” surəsi oxunmalıdır. Bu surəni oxumaq Peyğəmbərimizin (sallallahu əleyhi və səl­ləm)­ tövsiy əsidir.[3]

Xəstənin eşidəcəyi qədər: “Lə iləhə illəllah, Muhammədur-Rasulallah”, “Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Mu­ham­mədən abduhu və Rəsuluhu” deyilir. Əziyyət vermə­dən, məcbur etmədən onu da təkrarlatmaq şəfaya vəsilə olar.

اَللَّهُمَّ أَعِنْهُ عَلَى سَكَرَاتِ الْمَوْتِ

 “Allahım! Ölümün verdiyi ölüm sıxıntılarda (səkəratul-mövt) ona kömək ol”[4] deyə dua edilir.[5]



[1]. Buhari, Tevhid 31

[2]. “Müsəlman əcəli gəlməmiş bir xəstəyə baş çəkib bu duanı oxusa, xəstə sağalar…” Tirmizi, Tıb 32; Ebu Davud, Cenaiz 12

[3]. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Ölülərinizə “Yasin” oxuyun,” – buyurmuşdur. Bax: Ebu Davud, Cenaiz, 24

[4]. İbn Mace, Cenaiz. 64

[5]. Cemal Sofuoğlu, İrfan yay., İstanbul 2000, Açıklamalı büyük dua kitabı – 59-142




Bənzər məqalələr

Xəstəlik duası

Bir yeri ağrıyan şəxs əlini ağrıyan yerinə qoyub…

Xəstə ziyarəti və dəfn üçün görülən işlər

Filan qulum xəstələndi, sən ona baş çəkmədin. Əgər onu zi­­­ya­rət etsəydin, Məni mütləq o xəstə qulun yanında görərdin


Şərh yaz