- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Xəstəlik duası

Bir yeri ağrıyan şəxs əlini ağrıyan yerinə qoyub:

بِسْمِ اللَّهِ بِسْمِ اللَّهِ بِسْمِ اللَّهِ أَعُوذُ بِعِزَّةِ للَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ

مَا أَجِدُ وَأُحَاذِرُ مِنْ وَجَعِي هَذَا

 “Allahın adı ilə, Allahın adı ilə, Allahın adı ilə. (Bədənim­də) hiss etdiyim (ağrının) şərindən və bu qorxduğum acı və ağrıdan Allahın izzət və qüdrətinə sığınıram”.

Bu duanı oxuyub bitirəndən sonra əlini ağrıyan yerdən çəkib­­ təkrar qoyaraq bir daha dua edir və bu şəkildə duanı yed­di­ dəfə təkrar edir.

Səhabələrdən Osman b. Əbil-As Saqafi deyir: “Vücudumda bərk ağrı var idi. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna getdim: “Sağ əlini ağrıyan yerə qoy və yeddi dəfə bu (yuxarıdakı) duanı oxu,” – dedi. Mən də dediyi kimi etdim, Allah da şəfa verdi”.[1]


[1]. Ebu Davud, Tıb, 19; Tirmizi, Tıb, 29, Daavat, 125; İbn Mace, Tıb, 36; Muvatta, Ayn, 9; Ahmed b. Hanbel, Müsned, IV, 2117, VI, 390