Mənəviyyata Açılan Pəncərə

Xarici valyutayla borc

Sual:Bir adam milli manatla borc alsa, sonra qaytaranda xarici valyuta ilə qaytara bilərmi? Burada faiz təhlükəsi nə qədərdir və hansı xırdalıqlara diqqət yetirilməlidir?

 Cavab: Bir nəfər ehtiyacını aradan qaldırmaq üçün digər bir şəxsdən məsələn on min borc istəyərsə, müddət qurtardıqda da borcunu aldığı günkü məzənnəyə görə verməyi vəd etmiş sayılır. Belə olan təqdirdə borc verən valyuta ilə vermək istədikdə, ya dollar alaraq borc verməli və müddət bitdikdə verdiyi dollar miqdarını verdiyi günkü məzənnəyə görə dollar və ya manat olaraq geri ala bilər, yaxud da on min manatı verərkən dollara çevirərək istifadə etməsi üçün ona vəkalət verər. Əgər borcu götürən həmin pulu dollara çevirməyib onu manat kimi istifadə etsə belə ödəmə zamanında borcunu dollara görə ödəməlidir. Nəticə etibarilə məzənnəyə indeksli borc alıb vermək mümkün və caizdir, yetər ki, borc alınan məbləğ üçün ayrıca bir də faiz ödənməsin. Əks təqdirdə İslamın qəti şəkildə qadağan etdiyi faiz meydana gələr.

Dr. Anar Qurbanov

Mərmərə Unv. İslam Hüququ

Exit mobile version