1. 689 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Ölkələr arası səyahətlərdə saatların dəyişməsindən ötəri vaxt təyini etməkdə çətinlik çəkirəm. Bəzən olur ki qitələrarası səyahət edirəm.Təyyarə uçarkən hansı ölkənin üzərindəyik, yerli vaxt neçədir,namaz vaxtını nə qədər var kimi problər ortaya çıxır.Gedəcəyimiz yerə çatdığımızda isə saat fərqindən ötəri bir günü heç yaşamamış kimi oluruq. Belə vəziyyətlərdə necə namaz qıla bilərik?

Cavab: Səfərə çıxmadan əvvəl dəqiq olmasa da ona yaxın olacaq şəkildə hesablama edərsinz. “Bu saatda burada olacağam, orada görəsən saat neçə olar, o saatda hansı namaz girmiş olar” deyə internetdəki namaz vaxtları proqramlarından da istifadə edərək təxmini hesablama edərsiniz. Təcrübəli insanlara soruşarsınız. Hesablaya bildiyiniz qədər hesablarsınız, hesablaya bilmədiyinizi səfər əsnasında təxmin etməyə çalışarsınız: Günəşin doğuşu, batışı, tam təpədə olması, dan yeri ağarıb-ağarmaması, axşam qırmızılığının itib itməməsi, bir namaz vaxtının neçə saat davam etdiyi, bu an şərqəmi gedirsiniz qərbəmi, o ana görə neçə saat keçmişdir vs. Bu şəkildəki təxmini hesablama edilir. Əldə etmiş olduğunuz yekun nəticəyə görə namazınızı qılarsınız. Şübhələndiyiniz vəziyyətdə də  ehtiyat olsun deyə o namazınızın qəzasını qılarsınız.




Şərh yaz