- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Təsadüf və təsadüfən əmələ gəlmə nədir?

Təsadüf və təsadüfən əmələ gəlmə nədir?

Bir şeyin barəsində heç bir təsəvvür olmadan, əvvəlcədən planlaşdırılmadan, gözlənilmədən və heç bir kənar təsir olmadan meydana çıxmasına təsadüfən əmələ gəlmə deyilir.

Bu tərifdən anladığımız kimi, varlığın təsadüf nəticəsində meydana çıx- masını qəbul etmək, bəri başdan qanun-qaydanın, plan-proqramın, nizam- intizamın varlığını rədd etmək deməkdir. Çünki bu iki məfhum bir-birinə tam ziddir; əgər qanun və qanunauyğunluq vardırsa, təsadüf yoxdur, yox, əgər təsadüf vardırsa, o zaman da qanun, nizam-intizam, plan-proqram yoxdur.

Halbuki, hər birimiz kainatda riyazi, kimyəvi, fiziki, bioloji və bir sıra başqa qanunların var olduğunu nəinki bilirik, hətta onları orta məktəbdən başlayaraq  sistemli  şəkildə  öyrənirik.  Bu  qanunları  kəşf  edənlərin  adlarını bilirik, bu qanunlara adlar veririk və s. İndi ki, qanun, qayda, nizam, intizam vardır, demək təsadüf yoxdur.

Təsadüflər bəzən real, doğru görünərək adamı aldada bilər. Məsələn, birisi lövhədə yazılmış “Ana” sözünü göstərib iddia edər ki, onu heç kəs yazmayıb, hərflər təsadüfən ard-arda düzülmış və bu sözü əmələ gətirmişlər.

Bəlkə bu sözü deyənə inanan tapılar, lakin bu dəfə həmin adam “Anam gəldi” cümləsini göstərib yenə də “Bu cümlə təsadüfən, hərflərin ard-arda düzülməsi nəticəsində əmələ gəlmişdir”,-desə, ya o adamı dəli zənn edər, ya da sizi ələ saldığını düşünərək əsəbiləşərsiniz. Bir də qarşımızdakı bu kitabı, yaxud hər hansı başqa hekayə, roman, şer kitabını təsəvvür edin. Kim hərflərin, sözlərin təsadüf nəticəsində birləşməsi ilə kitabın meydana gəldiyini ağlına gətirər?

Çünki hekayənin, povestin,  romanın,  poemanın,  kitabın  öz-özünə əmələ gəlməsi üçün gərək ya onu təşkil edən hərflərin şüuru, ağlı, üstəlik də güclü iste’dad və qabiliyyəti olsun ki, onlar bir-birləri ilə sözləşib, razılığa gəlib bir mə’na ifadə edəcək şəkildə birləşsinlər, süjet qursunlar. Yaxud da kağız özü ağıllı və iste’dadlı olmalıdır ki, hərfləri bu cür, mə’na ifadə edəcək şəklində öz izərində düzsün, sonra da onları bitmiş bir fikir ifadə edən cümlələr şəklinə sal- sın, daha sonra isə onları bir süjet xətti üzrə sıralasın.

İndi düşünün! Əgər bir söz belə təsadüfən, öz-özünə yazıla bilmirsə, o zaman hər zərrəsi pozulmaz, minlərlə ayrı-ayrı qanunlardan, nizam və intiza- mdan xəbər verən bu kainatın, ondakı milyonlarla canlı-cansız varlıqların təsadüfən əmələ gəlməsindən danışmaq nə qədər məntiqli olar?

Bəlkə inadcıl oxucu, yaxud ağlı gözlərinə enmiş maddəçi yuxarıdakı məntiqlə razılaşmadı. Elə isə, nəzərlərimizi bizi əhatə edən aləmə çevirək və məktəbdə öyrəndiyimiz, həyatda rast gəldiyimiz ən sadə həqiqətlərə baxaq.

Varliği təşkil edən “kərpiclər”.

Kainatda – yerdə və göydə nə vardırsa, hamısı molekullar, atomlar adlanan çox kiçik zərrəciklərdən əmələ gəlmişlər. Əgər siz Mendeleyevin Elementlərin dövri cədvəlinə baxsanız, orada kainatda mövcud olan bütün elementlərin sırasını görəcəksiniz. Kainatda oksigen, hidrogen, azot, karbon, fosfor, kalsium, dəmir, civə və s. kimi bizə tanış olan kimyəvi elementlər mövcuddur və onların hər birinin özünəməxsus quruluşu vardır.

Qarşınızdakı kitabda sözlər, cümlələr, mətnlər cəmi 32 hərfin bir-bir- lərinə müxtəlif şəkildə birləşməsindən əmələ gəldikləri kimi, kainatda mövcud polan hər şey bu elementlərin, onları təşkil edən molekulların bir-birlərinə müxtəlif şəkildə birləşməsi nəticəsində əmələ gəlmişlər. Onlara elmi ədəbiyyat- da varlığı əmələ gətirən kərpiclər də deyirlər. Məsələn, bizim ən yaxından tanıdığımız və hər gün işlətdiyimiz su və xörək duzunu götürək. Su iki hdrogen və bir oksigen molekullarının birləşməsindən əmələ gəlmişdir. Kimyaçılar onun quruluşunu (H2O) şəklində göstərirlər. Xörək duzu isə 1 natrium və 1 xlor molekullarının birləşməsindən əmələ gəlmişdir. Onun kimyəvi formulu (NaCl) şəklində ifadə edilir.

“Kərpiclərin” yerini dəyişmək mümkündürmü?

Bilirik ki, maddələri təşkil edən molekulların tərkibi o qədər sərt və ciddi quruluşa malikdir ki, onların tərkibinə azacıq müdaxilə edilərsə, həmin madddə dönüb başqa şeyə çevrilər. Məsələn, suyun quruluşuna azacıq müdaxilə edib daha bir Oksigen molekulu da əlavə edilsə, o, şəfalı su olmaqdan çıxıb zəhərə – Hidrogen Peroksidə (H2O2) çevrilər. Bu maddə qadınlara yaxşı tanışdır, onlar saçlarıni boyamaq üçün “Pereks” dedikləri bu maddədən istifadə edirlər. Amma indiyədək heç belə bir təsadüfə rast gəlinməyib ki, şəfalı su təsadüfən dönüb “Pereks” – hidrojen Peroksid olsun və insanı zəhərləsin.

İnsani təşkil edən “kərpiclər” – hüceyrələr.

Bir də canlı aləmə baxaq. Ondakı ən mükəmməl varlıq insandır. Bütün canlılar kimi insan da ən kiçicik canlı hissəciklərin – hüceyrələrin birləşməsindən ibarətdir. Bizim əllərimiz, ayaqlarımız, dərimiz, gözlərimiz, qulaqlarımız, beynimiz, ürəyimiz, bağırsaqlarımız, ciyərlərimiz, qan damarlarımız, sümüklərimiz gözlə görünməyən canlı kərpiclərdən“ – hüceyrələrin birləşmələrindən ibarətdir. Protein birləşməsindən ibarət bu hüceyrələr də kainatdakı materiallardan -oksigendən, karbondan, azotdan, fosfordan, kalsiumdan, dəmirdən və s. ibarətdir.

İnsan orqanizmində orta hesabla 60 trilyon hüceyrə, hər hüceyrədə isə 1 milyona yaxın protein vardır.Hər proteində orta hesabla 8 min amin turşusu birləşməsi vardır.Hər belə amin turşusu birləşməsinin də 5 elementdən ibarət olduğunu nəzərə alsaq, bir protein 40 min müxtəlif atomların birləşməsindən ibarətdir.Bu atomlar o qədər kiçik zərrəciklərdən ibarətdir ki, onlardan 10 milyonunu bir-birinin yanına düzsən, uzunluqları 1 mm belə olmaz. Belə

mürəkkəb bir quruluşa malik canlı varlığın təsadüfən, yaxud öz-özünə meydana çıxmasını ehtimal etmək olarmı? Bu sualın cavabını riyaziyyatçılar verirlər.

Elm təsadüfü rədd edir

Təsəvvür edək ki, binanı təşkil edən daşlar 1 rəqəmindən başlayaraq 1,2,3,4,5,6,7 və s. ardıcıllıqla nömrələnmiş və bu ardıcıllıqla hörülmüşlər. Bu binada daşların belə ardıcıllıqla hörüldüyünü görən hər hansı bir şəxs heç düşünərmi ki, daşlar binaya təsadüfən, yaxud öz-özünə ədədlərin sırası qanununa görə hörülmüşdür?

Əvvəla, heç kəs yuxarıdakı iddiaları qəbul etməz, digər tərəfdən, riyazi hesablamalar belə bu cür fikri qətiyyətlə rədd edir. Onlar varlığın təsadüfən əmələ gəlməsini yoxlamaq üçün çox sadə bir eksperimentə müraciət etmiş və bu nəticəni almışlar: taxtadan, yaxud dəmirdən düzəldilmiş 1-dən 10-dək rəqəmləri nərdin zəri kimi qarışdırıb yerə atmaqla nə zamansa onların 1-dən  10-dək (1,2,3,4,5,6,7,8,9,10 şəklində) ardıcıl şəkildə yerə düşüb düzülməsi

ehtimalını hesablamışlar. Bilirsiniz, ortaya necə bir hesab çıxmışdır? Mə’lum olmuşdur ki, belə bir ardıcıllığın təsadüfən gerçəkləşməsi e’timalı 1/10 milyarda bərabərdir, yəni bu hərəkəti 10 milyard dəfə təkrar etsən, bəlkə 1 dəfə istədiyin nəticəni ala bilərsən. Əgər bu rəqəmlərə daha ikisini -11 və 12-ni də əlavə etsək, bu dəfə 1-dən 12-dək rəqəmlərin ard-arda düzülmə ehtimalı daha 10 dəfə artaraq 1/100 milyard, 24-dək artırsaq, həmin ehtimal 1/100 milyard x 100 milyard qədər olacaqdır ki, belə bir ehtimalın həyata keçməsini gözləmək qətiyyən ağla sığan iş deyildir.

İndi özünüz düşünün: əgər 10 rəqəmin kortəbii olaraq, təsadüfən ardarda sıra ilə düzülməsi mümkün deyildirsə, o zaman bu rəqəmlərlə müqayisədə çox mürəkkəb olan yüzlərlə mikrovahiddən ibarət ən sadə canlı orqanizmin-proteinin təsadüfən əmələ gəlməsindən danışmaq olarmı? Həmin qaydada hesablamalara görə bir protein molekulunun təsadüfən əmələ gələ bilməsi üçün 1x10x160 ehtimal lazımdır. Bu ehtimalın həyata keçməsi üçün

isə 10 rəqəminin arxasına 160 sıfır qoyduqdan sonra alınan rəqəm qədər il lazımdır ki, tək bir proteinin yaranmasına ümid bəslənə bilsin.

Məşhur Avropa alimləri, fizik və bioloq Frank Allon, isveçrəli alim Çarlz Guye, kimyaçı professor İohan Adolf Büxler və yüzlərlə başqaları belə bir fərziyyəni ağlasığmaz, elmsizlik kimi dəyərləndirmişlər.

Atomlari hərəkət etdirən qüvvət nədir?

Müasir mikroskoplarla canlıların ən kiçik parçası və canlı orqanizminin bir zərrəsi olan hüceyrəni tədqiq edərkən heyrətamizliklərlə qarşılaşırıq. İlk nəzərimizə çarpan fərq insan vücudunu təşkil edən hüceyrələrlə heyvanların və bitkilərin hüceyrələrini təşkil edən maddənin quruluşu olacaqdır. Məsələn, insan bədənindəki bir hüceyrənin hemoglobilininin sayi 69 mindirsə, heyvan hüceyrəsindeki hemoglobilinin sayi 40.mindir. Bu say heç bir zaman dəyişməz. Bunların düzülüşü isə qarşı-qarşıya, zəncirvarı və bir-birinə uyğundur.Bu zəncirin halqalarının hər hansı birinə müdaxilə edildiyi an, zəncir pozulacaq və canlı həyatdan məhrum olacaqdır.

Hər hüceyrənin içindəki kimyəvi maddələr fərqli miqdarda və fərqli çeşiddədir. Birində dəmir, o birində fosfor, başqa birisində isə magnezium olmaqla yanaşı onların miqdarları da fərqlıdır. Bu dəyişməzlik, qanunauyğunluq və nizam bizə : “Zərrələri hərəkət etdirən, atomlara yol göstərən, bunları şəkilləndirib, nizama salaraq insanı, heyvanı, bitkini və bütün əşyanı özünəməxsus xüsusiyyətlərlə ayrı-ayrı yaradıb yaşadan Allahdır,” deyir.

Bu həqiqətlə rastlaşan Hegel və Buxner kimi Qərbin bəzi kimya alimləri inadlarından dönməyib bu dəfə “Protoplazma nəzəriyyəsi” adlanan bir fikir irəli sürdülər. Onlar bu qənaətə gəlmişdilər: “Madəm, yer üzündəki atomlar insanı var etməyə, yaratmağa qadir deyildir, o zaman ilk canlı da başqa bir planetdə meydana gəlmiş, sonra kosmik fırtınalar nəticəsində həyat rüşeyimləri halındakı protoplazmalar dünyamıza enmiş və həyata mənşə olmuşlar. Sonra stoplazma, sonra hüceyrə, daha sonra canlılar meydana gəlmişdir.” Bu fikirlə ilk tanış olan kimi ağla bu sual gəlir: elədirsə, onda o biri planet və ondakı həyat rüşeyimi haradan meydana gəlmişdir?

Amerika astronavtının qeydləri

Amerika astronavtı Con Qlin yazırdı: “Kosmik” Tədqiqatlar İnstitutunda  işlədiyim vaxtlar idi. Bir gün əlimə balaca bir kitab keçdi. Kitab fəza və fəzanın ölçüləri haqqında idi. Kitabda fəzanın möhtəşəmliyindən bəhs edən iki abzas diqqətimi cəlb etdi. Burada deyilənləri başa düşmək üçün əvvəlcə işıq ilinin nə demək olduğunu bilmək lazım gəlirdi. Yəqin siz də yaxşı bilirsiniz  ki, işıq saniyədə 300 min kilometr məsafə qət edir. Bu isə bir saniyədə yer ətrafını yeddi dəfə fırlanmaq deməkdir. Bu hesabla bir işıq zərrəciyinin bir ildə qət etdiyi məsafə təqribən 9,5 milyon kilometrin milyon mislinə bərabərdir. Bizim yaşadığımız qalaktikanın diametri isə təqribən 30.000 işıq ilidir. Qalaktikamızın öz oxu ətrafında fırlanma sürəti isə daha böyükdür – 200 milyon işıq ili. İndi Günəş sisteminin nə böyüklükdə olduğunu özünüz

düşünün. Üstəlik, məsələ təkcə ulduz və planetlər arasındakı məsafə ilə bitmir və kainatda bizim qalaktikamızdan başqa milyonlarla başqa qalaktikalar da vardır. Digər tərəfdən, təkcə teleskopla gördüklərimizə baxıb kainatın ölçüsünü hesablamaq istəsək, ən azı 2 milyard işıq ili kimi bir rəqəmlə qarşılaşacağıq. İndi isə bizə məlum olan ən kiçik zərrəciklərdən birinin, yəni atomun quruluşuna nəzər salaq. Görürük ki, atomların da quruluşu Günəşsistemininki ilə eynidir. Kainatda hansı qanunlar işləyirsə, insanın var olmasında da eyni qanunlar işləyir. Bütün bunlar isə onu göstərir ki, insanı təşkil edən atomlar da Günəş sistemi kimi eyni Qüdrətin əsəridir. Digər tərəfdən, fəzada bu qədər cismin özbaşına, həm də heç bir səbəbsiz-filansız hərəkət etməsinə inanmaq qeyri-mümkündür və mən buna inanmıram da… Çünki qarşımızda möhtəşəm bir nizam var. İstər kainatın böyüklüyü, istərsə də bu möhtəşəm nizam mənə Allahın varlığından xəbər verir. Bir sözlə, ağıl sahibi olan bir adamın bu Böyük Qüdrətin varlığını inkar edəcəyini heç cür ağlıma gətirə bilmirəm. İndi də yuxarıdakı sürətlərlə bizim peykimizin, yəni Merkurinin sürətini müəyyən edək. Merkuri planetinin öz orbitinə daxil olması üçün saatda min km. sürət lazımdır. Yerin sürəti ilə (160 min km/saat) bu, böyük sürətdir. Lakin bütün hallarda fəzadakı sürətlərlə, yəni bizim ulduz adlandırdığımız o nəhəng peyklərin sürəti ilə müqayisədə çox astadır.İndi özünüz düşünün, bütün bunlara təsadüf demək nə qədər doğrudur? Üstəlik, mən kosmosda gördüklərimdən sonra təsadüf sözünü dilimə gətirməkdən utanıram.”