967 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanların arasını vurmaq niyyəti ilə söz aparıb-gətirənlər haqqında

هَمَّازٍ مَشَّاءٍ بِنَم۪يمٍ

Qeybət edəni, söz gəzdirəni .. dinləmə.  {“Qaləm” surəsi, 68/11}

مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَق۪يبٌ عَت۪يدٌ

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır! {“Qaf” surəsi, 50/18}

وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ

Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. {“Maidə” surəsi, 5/2}

 عَنْ حُذَيْفَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا يَدْخُلُ الْجَنَّةَ نَمَّامٌ»

Hz. Huzeyfənin (r.a.) rəvayət  etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Ara vurmaq üçün söz gəzdirən adam Cənnətə gedə bilməz”. [Buxari, Ədəb 49; Müslim, İman 168]

 عَنِ ابْنِ مَسْعُودٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا يُبَلِّغُن۪ي أَحَدٌ مِنْ أَصْحَاب۪ي عَنْ أَحَدٍ شَيْئًا، فَإِنّ۪ي أُحِبُّ أَنْ أَخْرُجَ إِلَيْكُمْ وَأَنَا سَل۪يمُ الصَّدْرِ»

İbn Məsud (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Heç bir din qardaşım başqası haqqında xoş olmayan bir məsələni mənə danışmasın. Çünki mən sizin aranıza (qəlbimdə sizə qarşı heç bir mənfi hiss olmadan) könül rahatlığı ilə çıxmaq istəyirəm”. [Əbu Davud, Ədəb 28; Tirmizi, Mənaqib 63]




Şərh yaz