- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Şeytana və Allah düşmənlərinə bənzəməmək

 

 عَنْ جَابِرٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا تَأْكُلُوا بِالشِّمَالِ، فَإِنَّ الشَّيْطَانَ يَأْكُلُ بِالشِّمَالِ»

Hz. Cabir (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Sol əllə yeməyin, çünki şeytan da sol əllə yeyir”. [Müslim, Əşribə 104]

 عَنِ ابْنِ عُمَرَ   رَأٰى رَسُولُ اللّٰهِ  صَبِيًّا قَدْ حُلِقَ بَعْضُ شَعْرِ رَأْسِهِ وَتُرِكَ بَعْضُهُ، فَنَهَاهُمْ عَنْ ذٰلِكَ وَقَالَ: «اِحْلِقُوهُ كُلَّهُ أَوِ اتْرُكُوهُ كُلَّهُ»

İbn Ömər (r.anhumə) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) başının bir hissəsi qırxılıb, bir hissəsi qırxılmamış bir uşaq gördü və onun ailəsini tənbeh elədi: “Ya saçının hamısını qırxın, ya da heç toxunmayın”. [Əbu Davud, Tərəccül 14]