- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Şəvval orucu

Hicri təqvimə görə, ramazan ayından sonra şəvval ayı gəlir. Şəvval ayında altı gün oruc tutmaq sünnədir. Rəsulullah (s.ə.s.) bir hədisində bu haqda belə buyurur:

 “Kim ramazan ayını oruclu keçirər və ardınca şəvval ayının da altı gününü oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar.(Müslim, Siyam, 204; Tirmizi, Savm, 53.)

Şəvval ayında tutulan orucu ardıcıl və ya ayrı-ayrı günlərdə tutmaq olar. Ancaq bayram günlərindən sonra ardıcıl tutmaq daha fəzilətlidir.