Hicri təqvimə görə, ramazan ayından sonra şəvval ayı gəlir. Şəvval ayında altı gün oruc tutmaq sünnətdir. Rəsulullah (s.ə.s.) bir hədisində bu haqda belə buyurur:
“Kim ramazan ayını oruclu keçirər və ardınca şəvval ayının da altı gününü oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar.“[1]
Yəni ramazan ayında bir ay və şəvval ayında altı gün oruc tutan şəxs bir il oruc tutmuş kimi savab qazanar. Qurani- Kərimdə: “Bir yaxşılıq edənə on qatı verilər.“[2] buyrulmuşdur. Bir şəxs ramazan ayında oruc tutmaqla on ay, şəvvalda altı gün oruc tutmaqla isə iki ay oruc tutmuş kimi savaba nail olar.
Şəvval ayında tutulan orucu ardıcıl və ya ayrı-ayrı günlərdə tutmaq olar. Ancaq bayram günlərindən sonra ardıcıl tutmaq daha fəzilətlidir. Şəvval ayında qəza və nəzir orucları tutaraq eyni savabı qazanmaq da mümkündür.
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.
Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.