- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Səfərə çıxarkən dua etmək

Sual: Mən dənizçiyəm, və işimlə əlaqədar uzun müddətli səfərə çıxıram (minimum 6 ay), səfərə çıxarkən “Səfər Duasını” oxumağım vacibdirmi Ümumiyyətlə səfər duasının qısaca da olsa anlatmağınızı rica edirəm.

Səfərə çıxarkən dua oxumaq Rəsulullahın sünnəsidir. İnsan səfərə çıxarkən və səfər əsnasında başına gələ biləcək hər cür sıxıntıdan, müsibətdən, təhlükədən Allaha sığınmalıdır. Sadəcə bununla qalmamalı geridə buraxdığımız ailəmizi, var dövlətimizi də ona əmanət buraxmalıyıq. Bu məqamda oxunacaq dualar çoxdur. Ancaq sizə tövsiyyəmiz saytımızda yayınlanan bir dua mətni vardır. Onu oxuya bilərsiniz.

http://www.meneviyyat.az/seferde-ve-sefere-cixanda-oxunan-dua/

Ayrıca gəmiyə minərkən bu duanı da oxumağa çalışın.

 بِسْمِ اللهِ مَجْرَاهَا وَمُرْسَاهَا إِنَّ رَبِّي لَغَفُورٌ رَحِيمٌ

“Bismilləhi məcrehə və mursəhə. İnnə Rabbi lə Ğafurun Rahimun (Hud surəsi-41)”

Tərcüməsi: Onun (mindiyimiz gəminin üzüb) getməsi və dayanması allahın adı ilədir. Rəbbim Ğafur (bağışlayan) və Rəhimdir.

Allah hər daim yolunuzu açıq, səfərinizi uğurlu eyləsin.