- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Seçilmiş Dualar – 5

Allahım, peyğəmbərlik silsiləsinin xatiməsi, risalət səmasının günəşi, Haqqın həm ən parlaq nuru, həm ən gizli sirri, Məhşər günü Kövsər hovuzunun və şəfaət mülkünün sahibi, mələklərin və insanların seçilmiş əfəndisi, Haqq Təalanın digər varlıqlara qarşı dəlil-sübutu, Rəbbəl- aləminin məhbubu Hamimiz və Mövlamız Həzrəti Məhəmmədə ən ali səlatını, ən mükəmməl təhiyyəni və ən gözəl salamlarını lütf et. Allah Təalanın rəhməti Onun, əhli-beytinin və əshabının üzərinə olsun! Allahım! İnanan qəlblərin tacı və əlacı, vücudumuzun afiyət və şəfası, gözlərin nuru və işığı olan Əfəndimiz Məhəmmədə, onun alinə və əshabına səlat eylə.

Yüklə