1. 475 dəfə oxunub ,   0 şərh   Çap et

Gənc yaşlarında saçı tökülən kimsə öz saçlarından olmaq üzrə, müalicə məqsədli saç əkdirə bilər. Çünki gənc bir insanda fitri olan saçın olmasıdır. Yaşlı adamların saçlarının tökülməsi təbii bir prosses olduğu üçün onların saç əkdirməsi mütləq mənada haram olmasa da, uyğun deyildir. Yaşlı birinin saç əkdirmədəki məqsədi göstəriş üçündür. Yaşlı olduğu halda gənc kimi görünməyə çalışmaq, bir növ riyakarlıq və aldatmadır. Unutmamalıyıq ki, insan hər yaşda gözəldir. İlin fəsilləri kimi. Hər fəslin öz gözəlliyi vardır.

Ayrıca saçı tökülmüş bir şəxs özünü psixoloji olaraq narahat hiss etmir və ətrafındakı insanlar da ona fərqli bir gözlə baxmırlarsa, saç əkdirmək kimi bahalı bir məsrəfə sırf gözəl görünmək üçün girməsi tövsiyə olunmur. Oraya sərf edəcəyimiz pulla bir ehtiyacımızı həll edə bilərik. Cəmiyyət içərisində saçına görə qınanır və buna görə narahat olursa əkdirə bilər.

Fərqli, gözəl ve cavan görünmək məqsədiylə saç əkdirmək caiz deyildir. 




Şərh yaz