- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Ramazan gecələrində qılınan namaz

 

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «مَنْ قَامَ رَمَضَانَ إ۪يمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu rə­vayət edir:

“Kim qəlbən inanaraq və əvəzini sırf Allahdan umaraq ramazan ayını (təravih və s.) namazla   əhya edərsə (keçirərsə), keçmiş kiçik günahları əfv edilər”. [Buxari, İman 37; Müslim, Salatul-Müsafirin 173]

 عَنْ عَائِشَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «تَحَرَّوْا لَيْلَةَ الْقَدْرِ فِي الْوَتْرِ مِنَ الْعَشْرِ الْأَوَاخِرِ مِنْ رَمَضَانَ»

Həzrəti Aişə (r.anhə) Allah Rəsulunun  (s.ə.s.)  belə buyurduğunu nəql etmişdir:

Qədir gecəsini ramazan ayının son on günündə tək gecələrdə axtarın.” [Buxari, Leylətul-Qədr 3]

 عَنْ عَائِشَةَ  قَالَتْ: كَانَ رَسُولُ اللّٰهِ : «إِذَا دَخَلَ الْعَشْرُ الْأَوَاخِرُ مِنْ رَمَضَانَ أَحْيَا اللَّيْلَ وَأَيْقَظَ أَهْلَهُ وَجَدَّ وَشَدَّ الْمِئْزَرَ»

Həzrəti Aişə (r.anhə) demişdir:

Ramazan ayının son on günü başlayanda Allah Rəsulu (s.ə.s.) gecələri əhya edər, ev əhlini oyadar, ibadətdə olduqca həssas davranardı. [Buxari, Leylətul-Qədr 5; Müslim, Etikaf 7]