- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Rəsulullaha (s.ə.s) itaət

Sual: Qurani-Kərimdə Rəsulullaha itaətin Allaha itaət olduğu bildirilir. Bu, necə izah olunur?

Cavab: Qeyd-şərtsiz itaət edilən yeganə Zat Aləmlərin Rəbbi olan Allahdır. Qurani-Kərimdə yer üzündə Allah-Təalanın elçisi olan peyğəmbərlərə də itaət əmr edilir. Xüsusilə də, Kainatın Fəxri (s.ə.s) Quranın bir çox ayəsində itaət edilməli mövqedə anılır.

Allah və Rəsulu hər hansı bir məsələdə hökm bildirdikdən sonra, heç bir mömin kişi və ya qadının o mövzuda başqa seçim etmək haqqı yoxdur. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”[1]Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə sənə tam itaətlə boyun əyməyincə, (həqiqi) iman gətirmiş olmazlar[2].

Qurani-Kərim müsəlmanlara hər yönü ilə kifayət edir. Onsuz da, biz Qurandan başqa bir şey istəmirik. Ancaq biz Quranı bizdən daha yaxşı anlayan bir şəxsə tabe oluruq ki, o da Hz. Məhəmməddir (s.ə.s). Şübhəsiz ki, hər bir dövlət adamının, böyük liderin və hər peyğəmbərin sözləri və davranışları öz toplumları tərəfindən rəhbər prinsiplər kimi qəbul edilir. Bu, xalqların fitri xüsusiyyətidir. Kimsə inkar edə bilməz. Bir peyğəmbər ki, Ona Quran nazil olmuşdur, əməl və əxlaqı  höccət (dəlil) edilmiş, aləmlərə rəhmət olaraq göndərilmişdir, Onu, yəni Hz. Məhəmmədi (s.ə.s) bundan istisna etmək doğru deyildir.


[1] Əhzab, 33/36.

[2] Nisa, 4/65.