1. 812 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizin başqalarından bir şey öyrənmədiyini göstərən əsas dəlil Qurani-Kərimdir. Quran kimi əsrlərə meydan oxuyan, saysız-hesabsız möcüzələri ehtiva edən, hər kəsi – alimi mütəfəkkiri, uşağı, böyüyü, aqili, cahili  heyran edən, yanlışsız, qüsursuz və  misilsiz bir kitabın “cahillyyə” dövrünün insanları tərəfindən öyrədildiyini iddia etmək nə ağıla sığar, nə də məntiqə!

Üstəlik, tarixi həqiqətdir ki, Allah Rəsulu (s.ə.s) Quranın nazilindən əvvəl kimdənsə oxuma yazma və elm öyrənməmişdir. Hətta Uca Mövla insanların tərəddüd etməsi ehtimalına qarşı Rəsulunun “ümmi” olduğunu bildirmişdir. Fərz edək ki, belə bir şey olub, onda məkkəliləri İslama qarşı amansız mübarizəyə nə vadar edirdi? Biri bunları öyrənər, Qurani-Kərimin başqalarına aid kəlam olduğunu isbat edərdi. Ya da Qurani-Kərim “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər” ayəsi ilə meydan oxuyanda eyni mənbəyə onlar da müraciət edə, eynisini gətirə bilərdilər. Halbuki illər keçsə də, İslam get-gedə yayılsa da və nəhayət, əvvəlki mövqelərini itirsələr də, iyirmi üç il boyunca belə bir təşəbbüs edə bilmədilər. Təşəbbüs etsələr də, bunun mənasız olduğunu açıq-aydın gördülər. Demək ki, Peyğəmbərimiz (s.ə.s) Quranı başqasından deyil, birbaşa Cəbraildən öyrənmişdi. Müəllimi vardı, amma bəşər deyil, Hz. Cəbrail idi.

Allah Rəsulu xristian, yəhudi və ya başqa alimlərlə heç qarşılaşmamışdı? Qarşılaşmışdı. Ancaq heç birindən bir şey soruşub öyrənməmişdi. Hətta tam əksinə həmişə ondan soruşmuşdular. İstər Məkkədə Varaqa ibn Nəvfəllə, istərsə də Şam səfərində qarşılaşdığı şəxslərlə nə danışmışdısa, hamıya məlumdur. Onsuz da, bu bir-iki qısamüddətli qarşılaşma ilə  Quran kimi bir kitabı öyrənmək mümkün deyildi.

Digər mühüm dəlil isə Qurani-Kərimin istər xristianlıq, istər yəhudilik və istərsə də şirklə bağlı bir çox məsələləri bəyan etməsidir. Kitab əhlinin səmavi kitablarında edilən təhriflərə də toxunur. Yəhudi, xristian yaxud başqa bir dinə mənsub müəllim özünün təhriflərini, yanlışlarını söyləyib gizli işlərini faş edə bilərdimi? Halbuki Qurani-Kərimin bir çox ayələri Kitab əhlinin yanlışlarını, üstü küllənmiş və unudulmağa üz qoymuş cinayətləri və s.-i göz önünə sərir. Bir insan öz xalqının və inancının qüsurlarını bu cür açıq-aydın üzə çıxarda bilərdimi?

Nəhayət, Hz. Məhəmməd Mustafa (s.ə.s) dini bir bəşər övladından və əvvəlki səmavi kitablardan deyil, Hz. Cəbraildən və əzəli Müəllim Allah-Təaladan  öyrənmişdi. 



Açar sözləri

elm Rəsulullah

Bənzər məqalələr

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Azad düşüncə nədir?

Mütləq mənada azad olmaq mümkündürmü?

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.


Şərh yaz