Mənəviyyata Açılan Pəncərə

Qüslsuz ölən axirətə imansız gedir?

İmansız olmaqla qüsülsuz olmağı bir-birinə qarışdırmamaq lazımdır. Çünki aralarında böyük fərq var.

Mömin bir şəxs müəyyən təbii ehtiyaclardan ötrü cünub ola bilər. İslama görə, qüsl almaq ibadət və vəzifə deyildir. Əksinə namaz, oruc, Quran oxuma kimi ibadətləri yerinə yetirmək üçün əsas şərtdir. Lakin cünub olan yəni qüslu pozulan şəxs ilk fürsətdə yuyunmalıdır. Bir insan qəlbində iman olduğu halda qüslsuz ölsə də axirətə imanla köçmüş sayılır. Allah Rəsulu (s.ə.s.) Uhud döyüşündə cənabətli (qüslsüz) şəhid olan Hanzala ibn Amrın (r.a.) mələklər tərəfindən yuyulduğunu bildirmişdir. Məhz buna görə də o, “qasilətul-məlaikə” – mələklərin yuduğu insan adı ilə tarixə düşmüşdür.

Exit mobile version