- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qurban nə deməkdir?

Lüğəvi mənasına görə ərəbcə “q-r-b” kökündən törəmiş məsdər kimi “mənən yaxınlaşmaq, yaxın olmaq və məşvərət edilən (yaxud danışılan)” mənalarını verməklə yanaşı, eyni kökdən törəmiş isim kimi götürdükdə “insanı Allah yaxınlaşdıran səbəb, vəsilə” anlamına gəlir.[1] Qurban kəlməsi kök etibarilə məsdərdir, ikilik (təsniyə) və cəm şəkilçiləri qəbul etmir.[2]

Qurban adət-ənənəmizdə Allaha yaxınlaşmaq üçün kəsilən heyvana (qurbanlığa) deyilsə də, əsl mənası Allaha yaxın olmaq üçün nəzərdə tutulan hər hansı bir şey deməkdir ki, bu da istər qurbanlıq, istərsə digər sədəqələrdən daha əhatəli və ümumi məzmun ifadə edir.[3]

İslam ədəbiyyatında isə qurbanAllaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsməkdeməkdir. Daha doğrusu, qurban xırdabuynuzlu (qoç, qoyun, keçi), iribuynuzlu heyvanları (öküz, inək, dana, camış) və ya dəvəni Qurban bayramının ilk üç günündə (zilhiccənin 10, 11 və 12-ci günlərində) Allaha ibadət və mənən yaxınlaşmaq niyyəti ilə müəyyən edilmiş qaydalara uyğun kəsməkdir.


[1]Əl-İsfəhani, Müfrədat fi Qaribil-Quran, baxın: “q-r-b”, s. 602.

[2]Təbətəbai, əl-Mizan fi Təfsiril-Quran, 5/503, baxın: “Maidə” surəsi 5/27, 32-ci ayələrin təfsiri.

[3]Bax: H. Yazır, Hakk Dini Kuran Dili, “Maidə” surəsi, 5/27-ci ayələrin təfsiri.