- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qurani-Kərim hər yerdə oxuna bilərmi?

Qurani-Kərim oxunan yer mühüm əhəmiyyət kəsb edir. Belə ki, məsciddə oxunan Quran şərəfli yerdə oxunduğu üçün daha savablı olmaqla yanaşı, hamam və tuvalet kimi natəmiz yerlərdə Quran oxumaq isə məkruhdur. Bundan əlavə, qəflət içində Quran oxumanın qəfləti bir az da artırdığı bəzi alimlərimiz tərəfindən vurğulanmışdır. Ona görə də, Qurani-Kərim Rəbb ilə təkbaşına qala bilmək üçün, imkan daxilində səssiz-küysüz yerlərdə və tənhalıqda oxunmalıdır. Bununla belə, təbii ki, gözəl nümunə və təşviq etmək məqsədilə insanların olduğu yerlərdə də Quran oxunmalı və dinlənməlidir. Hətta avtomobillə yolda gedərkən boş yerə vaxt keçirmək əvəzinə Quran dinləmək daha məqsədəuyğun bir davranışdır.