Quranı Kərimin ərəb dilində tam mətnini pdf olaraq buradan yükləyə bilərsiniz.
Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.
Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.
Quran oxumağın fəziləti haqqında hədislər
Quranın düsturları, qanunları əzəldən gəldiyindən əbədə gedəcək. Mədəniyyətin qanunları kimi qocalıb ölməyə məhkum deyil. Daima gəncdir, qüvvətlidir. Quranda əksini tapan minlərlə məsələdən hər biri bəşəriyyətin dünyada xoşbəxt olmasına xidmət etməklə yanaşı əbədi həyatın təmininə də xidmət edir.
Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.
Ayan , 10/05/2025 tarixində, saat 18:05
Mən Qur’an Kərim ərəbcə pdf istəyirəm
meneviyyat.az , 17/02/2026 tarixində, saat 02:02
e-mail ünvanıza cavab göndərildi.
https://www.meneviyyat.az/qurani-kerim-ereb-elifbasi-ile/