Mənəviyyata Açılan Pəncərə

Qurani-Kərimdə durğu işarətləri

Vəqf  və səcavəndlər

Vәqf işarәlәri, Quran ayәlәrinin sonuna vә ya ayәnin ortasındakı kәlmәlәrin üstünә qoyulan “dayanacaq işarәlәri”dir. Bu işarәlәrin hәr birinin ifadә etdiyi mәna vardır. Vәqf işarәlәrinә Tәcvid elmindә “sәcavәnd” dә deyilir. Hicri VI əsrdə Məhəmməd b. Teyfur əs-Səcavəndi (v. 560/1165) tərəfindən, məna nəzərdə tutularaq Qurana qoyulan bu işarələr aşağıdakılardır.

1. Mim (م) Vəqfi-Lazım: Yəni lazım vəqfdir və mütləq dayanmaq lazımdır. Dayanmayıb keçilərsə mәna pozula bilәr[1]. Vəqfi-lazım əlamətləri 84 yerdədir.

2. Ta (ط) Vəqfi-Mütləq: Yəni mütləq vəqfdir və keçilməsi caiz olsa da, dayanılması daha uyğundur. Çünki bu işarə, mәna baxımından bir-birindәn ayrı kәlmәlәrin üzәrinә qoyulur.

3. Cim (ج) Vəqfi-caiz: Yəni caiz vəqfdir. Dayanıla da bilər, dayanılmaya da bilər. Ancaq dayanmaq daha uyğundur.

4. Zә (ز) Vəqfi-Mücəvvəz: Vəqf etmək caiz olsa da, keçmək daha yaxşıdır.

5. Sad (ص) Vəqfi-Mürəxxəs: Yəni rüxsət verilən vəqfdir. Ayənin uzun olması və bu səbəblə nəfəsin çatmaması ehtimalına qarşı vəqf etməyə icazə verilmişdir. Vəqf edilincə, geridən alınıb oxunmasına ehtiyac yoxdur.

6. Lə (لا) Vəqfi-Lə: Bu işarə, mәna baxımından bir-biri ilә әlaqәli kәlmәlәr arasına qoyulur. Ona görә dә, dayanmaq olmaz. Əgər nəfəs çatışmamazlığı səbəbilə dayanılsa, ayə geridən alınaraq oxunmalıdır. Bu dayanacaq ayә sonlarında gәlәrsә, bu halda keçilә dә bilәr, dayanıla da bilәr.

7. Qif (قف): Dayandıqda, ayәnin mәnası daha yaxşı anlaşılacağı üçün dayanmaq daha uyğundur.

8. Qaf (ق): Dayanıla da bilәr, keçilә dә bilәr. Ancaq keçmәk daha uyğundur.

            9. Ayn (ع): Ayәlәrin sonlarında olur. Bir mövzunun qurtardığını, digәr mövzunun başladığını göstәrir. Namazda oxuyarkәn, ayn (ع) işarәsinin olduğu yerdә dayanıb, rükuya getmәk daha uyğundur.

10. Kәf (ك): Özündәn әvvәlki vәqf işarәsi nә ifadә edirsә, bu da onu ifadә edir.

11. Müaniqә vәqfi (ֶ): Ayәlәrdә bir-birinә yaxın yerlәrdә iki ayrı yerә qoyulan “üç nöqtә”dir. Birinci üç nöqtәdә dayanıldıqda, ikincisindә dayanılmaz. İkinci üç nöqtәdә dayanıldıqda, birincisindә dayanılmaz.



[1] Bəzi kitablarda bnlarda keçmənin haram olduğu yazılır. Halbuki İbnül Cəzərinin müqəddiməsində Quranda hər hansi bir vacib və ya haram vəqfin olmadığı bildirilir. (Müqəddimətül Cəzəri- Babı marifətil vüquf)

 

Sənan Quliyev & Laçın Quliyev

Exit mobile version