2. 315 dəfə oxunub ,   0 şərh   Çap et

Həz. Məhəmmədin (s.ə.s.) bir peyğəmbər, həm də son peyğəmbər olaraq göndəriləcəyi Qurandan əvvəl nazil olmuş İlahi kitablarda da öz əksini tapmışdı.Məsələn, Tövratda son peyğəmbərin gələcəyi barədə bir neçə ayəyə rast gəlirik. Məsələn:

“Allah insanlığa Sinada üz tutdu. Sairdə təcəlli etdi. Faran dağlarında zühur edib kamalı ilə meydana çıxdı.”

(Əhdi-atiq,Təsniyyə,Bab 33, ayət 2.)

İzahı: Allahın (c.c.) insanlığa olan mərhəməti Həzrət Musanın (ə.s.) Cənabi-Haqqla danışdığı Sina dağında baş vermişdir. Bu rəhmət isə Həzrət Musaya verilən peyğəmbərlikdir.

“Sair” Fələstin deməkdir. Orada Allahın rəhməti Həzət İsanı (ə.s.) və ətrafındakıları bürümüşdür. Həzrət Məsih Rəbbinnin təcəllilərinə layiq gördüyü böyük bir peyğəmbərdir.

“Faran” Məkkənın Tövratda keçən adıdır. Çünki bu Kitabın başqa bir yerində Hz. İbrahimin (ə.s.) oğlu Hz. İsmayılı (ə.s.) Faranda qoyub getdiyi xatırladılır. Bu hadisə Məkkədə baş verdiyindən Tövratda adı çəkilən “Faran”adlanan yerin də Məkkə olduğu aydın olur.Yuxarıda verilən ayədə növbə ilə üç peyğəmbərdən bəhs edilir: Hz.Musa (ə.s), Hz. İsa (ə.s.) və Hz. Məhəmməd Mustafa (s.ə.s.).

 Tövratda keçən bu ayənin davamında bu ifadələrə rast gəlirik:

“Onun yanında minlərcə tərtəmiz, almaz kimi əshabı olacaqdır. Və sağ əlində atəşdən iki ağızlı balta olacaqdır.”Buradan da Onun(s.ə.s.) cihadla vəzifələndiriləcəyi başa düşülür.“Onlar üçün (İsrailoğullarının) qardaşlarıarasında sənin kimi bir peyğəmbər çıxaracağam; və

sözlərimi Onun ağzına qoyacağam və Ona əmr etdiyim hər şeyi onlara söyləyəcək.” ( Əhdi-Atiq, Təsniyyə, Bab 18, Ayə 18.)

Bundan sonrakı ayə də özündən əvvəlki ayəni tamamlayır:

“Mənim adımla deyəcəyi sözlərinə itaət etməyənlərdən mən özüm intiqam alacağam.”Yuhanna İncili”nin 14-cü Babının 15-16-cı Ayələrində isə belə deyir:

“Əgər məni sevirsinizsə, əmrlərimə əməl edərsiniz. Mən Rəbbə yalvaracağam və O sizə başqa bir təsəlliçi, həqiqət ruhunu (Farakliti) verəcəkdir; ta ki, daima sizinlə bərabər olsun.” “Faraklit elə bir müqəddəs ruhdur ki, Rəbb Onu mənim adımla (peyğəmbər olaraq) göndərəcəkdir. O, sizə hər şeyi öyrədəcək və mənim sizə dediklərimi bir də xatırladacaqdır.” (Yuhanna, Bab 14, Ayə 26.)

 “Məsih belə dedi: Artıq mən sizinlə çox söz güləşdirmərəm. Çünki, bu aləmin rəisi gəlir. Onun malik olduğu şeylər məndə əsla yoxdur.” (Yuhanna, Bab 14, Ayə 30.)

 “Mən sizə haqqı söyləyirəm. Mənim getməyim sizin üçün xeyirlidir. Çünki, mən getməsəm, Faraklit sizə gəlməz. Amma mən gedərəmsə, Onu göndərərəm. Faraklit gəldiyində bütün aləmi, xətaları

səbəbi ilə görər və onları tərbiyə edər.” (Yuhanna, Bab 16, Ayə 7-8.)

 “Zəbur”da isə bu barədə belə deyilir: “O, dənizdən dənizə və çaylardan

qurunun ən ucqarlarınadək səltənət quracaqdır. Çöl əhalisi Onun hüzurunda diz çökəcək, düşmənləri torpaq yalayacaqlar… Çünki, fəryad edən yoxsula və biçarələrə yardım etməyənə O nicat verəcəkdir. Möhtac və fəqirə mərhəmət edib füqəranın canlarını xilas edəcəkdir. Canları zülm və işgəncədən qurtaracaq, onların qanı Onun üçün qiymətli olacaqdır. Yaşayacaqdır və Ona Şəba öz  qızılından verəcəkdir. Adı əbədi olub Günəş var olduqca daimi qalacaq və adamlar Onunla saflaşacaqlar.“ Millətlərin hamısı Ona “mübarək” deyəcəklər.” (Əhdi-atiq, Zəbur, Bab 72, Ayə 8.)

Baxın özünə dəstək olduğum, razı qaldığım seçilən qulum! Ruhumu onun üzərinə qoydum. Ədaləti xalqlara çatdıracaq. Qışqırıb bağırmayacaq, səsini yüksəltməyəcək.Əzilmiş qamışı qırmayacaq, yanan işığı söndürməyəcək.Haqq-ədaləti əsl yerinə oturdcaq. Yer üzündə ədaləti təmin edənə qədər ümidini, cəsarətini itirməyəcək. Ayrı-ayrı ada xalqları onun qanununa ümid bağlayacaq. Göyləri yaradıb gərən, yer üzünü və məhsulunu sərən, dünyadakı insanlara nəfəs, orada yaşayanlara ruh verən Rəbb Allah deyir ki: “Mən, Rəbbin istiqamət üzrə səslədim, əlindən tutacaq, səni qoruyacağam. Səni insanlara işıq edəcəyəm. Belə ki, kor gözləri açasın, zülm altındakıları azad edəsən, qaranlığın əsarətindəkilərə yol göstərəsən. Rəbb Mənəm, addım budur. Kibriyamı bir başqasına, həmdimi bütlərə buraxmaram.( Əhdi-atiq, İşaya kitabı, Bab 42, ayə 1-9)



Açar sözləri

ilahi kitab

Bənzər məqalələr

İlahi kitablar səadətin mənbəyidir

Kainat kitabını yazan, kainat kitabı ilə insan arasında əlaqə quran və insanı bu böyük kitabın föhristi edən Allahdır. Elə isə kainatın məna və mahiyyətini bilən də Odur. İnsanın meyillərini, daxili dünyasını, cisim və ruhunu yalnız O izah edir. Çünki kainat kainatullah, insan abdullah və bunları açıqlayan Quran da kəlamullahdır.

İlahi kitablara iman

Ərəb sözü olan “kitab” “yazmaq, yazılı sənəd” mənalarını bildirir. Cəm şəkli “kütub”dur. Dini terminologiyada isə “kitab” Allahın bəndələrindən nə istədiyini bildirmək və bu mövzuda onlara yol göstərmək üçün peyğəmbərlərinə vəhy etdiyi sözlərə və bunun yazıya köçürülmüş şəklinə deyilir.


Şərh yaz