Mənəviyyata Açılan Pəncərə

Quran nələrdən bəhs edir?

Qurana bütöv şəkildə nəzər saldıqda görürük ki, onun bütün surə və ayələrinə nüfuz edən dörd ana xətt vardır. Quranın digər bəyanları bu dörd qayəni qüvvətləndirməyə xidmət edir.

Birincisi, zatında, sifətlərində, icraatında, əsərlərində və mülkündə heç bir ortağı, bənzəri olmayan Allah-Təalaya iman gətirmək mənasını verən tövhid əsasıdır.

İkincisi, Aləmlərin Rəbbinin əmrlərini bizə çatdıran, peyğəmbərlik vəzifəsini ehtiva edən nübüvvətdir.

Üçüncüsü, həşr, yəni öldükdən sonra təkrar dirilərək əbədi həyata qovuşmaqdır.

Dördüncü əsas isə ədalətdir. Quranda insanların dünyada xoşbəxt yaşamalarından ötrü zəruri olan ədalət əmr edilir. İnsanların həyatını bu prinsiplər çərçivəsində nizama salmaq qayəsi ortaya qoyulur. Quran aləmlərin Rəbbi Allahın ədalətinin bütün kainatı əhatə etdiyini, həşr günü də ilahi ədalətin tam təcəlli edərək hər kəsə işlədiyi yaxşı və pis əməllərin əvəzini verəcəyini bildirir.

Exit mobile version