Mənəviyyata Açılan Pəncərə

Qulubud-Daria

Qulubud-Daria, yalvaran, niyaz, dua edən könüllər deməkdir. Bu baha biçilməz xəzinədə Peyğəmbərimizdən (sallalahu aleyhi vəsəlləm) rəvayət edilən dua və təsbehlər başda olmaqla digər peyğəmbərlərin (ə.s), raşid xəlifələrin, əhli-beyt imamlarının, səhabə və tabeini-izamın, daha sonrakı dövrlərdə yaşamış Allah dostlarının dua və zikrləri  mövcuddur. Kitab daha çox təsəvvüf böyüklərindən Əhməd Ziyaəddin Gümüşhanəvi (1813-1893)  həzrətlərinin tələbələri ilə birlikdə topladığı Məcmuatul-Əhzab adlı əsərdən seçilərək hazırlanmışdır. Bundan əlavə kitaba oxunmasında çox böyük faydalar olan Allah Rəsulunun (s.ə.s) etdiyi  səhər-axşam zikrləri, Cəfər Sadiqin Ərəfat duası, İmam Busirinin “Bürdə” və “Mudariyə” qəsidələri kimi bəzi dua və zikrlər də əlavə edilmişdir.

Təxminən 700 səhifəlik bu əsər ilk baxışda oxuyub bitirmək üçün çətin görünə bilər. Ancaq hər həftə ortalama 15 səhifə oxumaqla bir il ərzində tamamlamaq olar. Bunun üçün də səhifələri 52 hissəyə böldük. Bu qiymətli xəzinə fərdi oxuna biləcəyi kimi, dostlarımızla da paylaşaraq qrup halında oxuna bilər və oxuyanların hər biri də bu savaba ortaq olarlar.

Qulubud Daria kitabını buradan yükləyə bilərsiniz.

 

Exit mobile version