Mənəviyyata Açılan Pəncərə

Qəzaya qalmış namazı camaatla qılmaq olar?

Sual: Qəzaya qalmış namazı camaatla qılmaq olar?
Cavab: Qəza namazını cammatla qılmaq mümkündür. Eyni vaxta aid olan qəza namazları, üsuluna görə camaatla da qılına bilər. Ancaq imam və camaatın qıldığı namaz eyni olmalıdır. Yəni eyni vaxt namazının qəzasını qılmalıdırlar.  

Rəsulullah (s.ə.s) Xeybər qəzvəsindən dönərkən insanlar yorğun olduğundan istirahət üçün dayanmış, Hz.Bilalı da növbətçi təyin etmişdi. Ancaq yorğunluqdan Hz. Bilalı yuxu aparmış və yatıb qalmışdı. Buna görə də, həmin gün heç kim səhər namazına qalxa bilməmişdi. Günəş yüksəldikdən sonra hamı dəstəmaz almış, Bilal (r.a.) əzan oxumuş, iki rükət sünnət namazı qılındıqdan sonra, iqamə gətirilərək iki rükətlik səhər namazının fərzini camaatla birlikdə qılmışlar.Bundan sonra Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

 “Sizdən biri yuxu səbəbi ilə və ya unudaraq bir fərz namazı qılmazsa, xatırladığı zaman onu dərhal qılsın…” (Müslim, Məsacid, 316; Malik, Muvatta, Vukut, 26; Əhməd İbn Hənbəl, III, 184, 216; bax. Tirmizi, Səlat, 16; Nəsai, Məvaqit, 53; İbn Macə, Səlat, 10).

Exit mobile version