Mənəviyyata Açılan Pəncərə

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Bu cür oruclara niyyət edərkən konkret olaraq ünvanı  vurğulanmalıdır. “Filan qəza, (kəffarə və ya nəzir) orucunu tutmağa niyyət etdim”, deyə niyyət edilir.
Ramazan ayından qəzaya qalan orucları tutarkən bu nüansa diqqət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir. Əgər bir şəxs unudar və ya başqa səbəbdən niyyət etməzsə və orucu pozacaq bir şey baş verməmişsə, nafilə və Ramazan ayındakı oruc üçün günorta vaxtına qədər niyyət edə bilər.

Tutulan oruc üçün bir niyyət vardır. Həm nafilə, həm də qəza niyyəti ilə oruc tutulmaz. Məsələn, bir şəxs ramazan ayından qəzaya qalan orucu şəvval ayında tuta bilər. Məlum, şəvvalda altı gün oruc tutmaq Rəsulullah (s.ə.s) tövsiyə olunub. Şəvval ayında tutulan qəza orucu şəvval orucu yerinə keçməz. O savabı əldə etmək üçün öncə ramazan ayının borcu tamamlanmalı, sonra da şəvval ayının nafilə orucu tutulmalıdır.

Exit mobile version