- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qan vermək orucu pozur?

Sual: Qan vermək və ya aldırmaq orucu pozur?

Ramazan ayında xəstəliyə görə analiz vermək və ya qan ehtiyacı olan xəstəyə kömək məqsədilə qan vermək lazım gəlir.

Analiz və ya kiməsə kömək məqsədilə qan vermək orucu pozmur

Hədis mənbələrində Rəsulullahın (s.ə.s) oruclu olduğu halda qan aldırdığı bildirilir.[1] Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur,

Üç şey orucu pozmur; qan aldırmaq, qusmaq, (yuxuda) cünub olmaq.”[2]

Qan aldırmaq orucu pozmur. Yəni oruclu şəxs qan aldıra bilər. Ancaq qan aldırmaq oruc tutan şəxsin sağlamlığına mənfi təsir edəcəksə, bu təqdirdə qan aldırmaq məkruhdur. Yaxşı olar ki, ramazan ayında hacamat elətdirmək istəyənlər zərurət olmadıqca qan aldırmağı iftardan sonraya saxlasın.


[1] Bax: Buxari, Savm 32, Tibb, 11; Əbu Davud, Savm 30.
[2] Tirmizi, Savm, 24.