- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Qadınlar şalvarla namaz qıla bilərmi

Qadının, namaz qılarkən üz, əl, topuqlar xaric vücudunun geri qalan hər tərəfi övrət yeri hökmündədir, mütləq örtülü olmalıdır. Örtülən paltarın da özünəməxsus şərtləri vardır. Yəni paltar dar və incə olmamalıdır. Qadının geyindiyi paltar kişilərin geyindiyi paltara bənzəməməlidir. Qadınların geyindikləri şalvar nə qədər gen-bol olsa da qadın üçün vacib olan təsəttürü tam təmin etmədiyi üçün məkruhdur və imkanlar ölçüsündə tərcih edilməməlidir. Şalvar geyinmə məcburiyyətində qalan xanımlar, ən azından dizlərinə qədər gələcək bir paltar geyməlidirlər. Təsəttür, kəlimə mənası örtünmək olsa da, termin olaraq sadəcə örtünməklə məhdudlaşdırıla bilməz. Təsəttür eyni zamanda qadının halını, davranışlarını və qadınlıq yönünü də əhatə edir. Buna xüsusən həm namazda, həm gündəlik yaşayışımızda diqqət etməliyik. Namaz qılan xanım əgər şalvarın üstünə geyəcək bir şey tapa bilməzsə, namazı qəzaya buraxmamalıdır. Məkruh da olsa şalvarla namazı qılmalıdır.